Page 112 - "Kişi, qadın və çətir"
P. 112
KİŞİ, QADIN VƏ ÇƏTİR
112 Ariyalar
1.
Buludların ağ quzuları
nizamsız sürüylə
şərqə tərəf gedəndə
biz gedirik günəşə tərəf
Fəvvarələrin soyuq suları
atların dırnaqları altında buğlanır
Axşam günəşi
qırmızı üzüm salxımı kimi asılır
sarı kərpicdən hörülmüş
qüllələrin gürzlərindən
külək bağların ətriylə doldurur
şəhərin susqun meydanlarındakı
yüngül kətan çadırları
ayın işıqlandırdığı xəlvətlərdə
qadınlar yavaş-yavaş
çıxırlar dar alt paltarından
azadlığa çıxmış ağ bədənlər
ağ ayaqlarla
sonsuz gecəni tutmağa çalışır
kürəyimizdə hörə-hörə
o ağappaq ayaqları
112 Ariyalar
1.
Buludların ağ quzuları
nizamsız sürüylə
şərqə tərəf gedəndə
biz gedirik günəşə tərəf
Fəvvarələrin soyuq suları
atların dırnaqları altında buğlanır
Axşam günəşi
qırmızı üzüm salxımı kimi asılır
sarı kərpicdən hörülmüş
qüllələrin gürzlərindən
külək bağların ətriylə doldurur
şəhərin susqun meydanlarındakı
yüngül kətan çadırları
ayın işıqlandırdığı xəlvətlərdə
qadınlar yavaş-yavaş
çıxırlar dar alt paltarından
azadlığa çıxmış ağ bədənlər
ağ ayaqlarla
sonsuz gecəni tutmağa çalışır
kürəyimizdə hörə-hörə
o ağappaq ayaqları