Page 126 - "Kişi, qadın və çətir"
P. 126
KİŞİ, QADIN VƏ ÇƏTİR

126 Anana de, səni ağlamağa başlasın.
Heç vaxt fikirləşmə:
Niyə mənim torpağıma gəlmisən, ey
yadelli?
Ağlağan siyasəti
gözüyaşlı siyasətçilərə burax
ümumiyyətlə, dinmə –
ancaq
döyüş vaxtı
başqa şey düşünmə
sadəcə öldür – bu, haqdı
həm də hörmət bəslə
ona kişi kimi yanaş –
bir dəqiqədən sonra öləcək bir kişi kimi
məhz bundan ötrü o gəlibdi bura
onunla insan kimi savaş
necə ki savaşmışdın yüz il
min il öncə
əlində balta
ya xəncər

Vəssalam – döyüş sona yetir
o, ayaqların altında uzanıb qalıb
sən də sağ olduğunu fikirləşmə qəti
demə ki, sən çox gözəl bir ukraynalı
o isə küt bir ölüdü –
aşağılanmış birisidi
Əsgərsənsə əgər
Başqa cür fikirləşmə – çünki o da bir əsgər.
Düşmən ordusu haqda
   121   122   123   124   125   126   127   128   129   130   131