Page 130 - "Kişi, qadın və çətir"
P. 130
KİŞİ, QADIN VƏ ÇƏTİR

daha güllə atan yox idi yəni.
döyüş qurtarandan sonra
onlar yaralılarını götürüb getdilər
ölülərini, ağır silahlarını qoyub
gözdən itdilər

Mən onun
ölüb qaldığı yerə yaxınlaşdım
o, orada ölməliydi – onu orada yıxmışdım.

130 Elə gözləyirdi ki məni...
Gözlərini geniş açıb
elə gözləyirdi ki...
Gözlərini qapadım, silahını götürdüm
Ciblərinə toxunmağa əlim gəlmədi

yaşlı təlimçi-əsgərin
öyrətdiklərini xatırladım
buna görə dörd dənə boş patronu
qoydum sinəsi üstə onun.
Ona atəş açandan sonra
qalanlar idi bunlar
hansı gətirmişdi sonu
özü bilər yəqin...

Bütün bunlardan sonra
Hiss etdim ki, doğrusu,
Mümkün olmayan heç nə qalmayıb
qəribə hissdi bu...
   125   126   127   128   129   130   131   132   133   134   135