Page 68 - Turk_Edebiyyati_Antologiyasi
P. 68

Türkiyə ədəbiyyatı antologiyası
      68
                                    OLSA DA
                     Gözәllәr gözәli şahanә dilbәr,
                     Sәni tәrk etmәzәm, min qan olsa da.
                     Nә mümkün, sevdiyim, vaz keçmәm sәndәn,
                     Cümlә-alәm mәnә düşman olsa da.


                     Hәr kәsә meyl edib, su kimi axmam,
                     Vücüdüm şәhrini odlara yaxmam.
                     Sәndәn qeyri, gülüm, camala baxmam,
                     Qarşımda Yusifi-Kәnan olsa da.

                     Əmrahi dәrdinlә saralıb-solsun,
                     Sәnә kәmlik edәn Tanrıdan bulsun.
                     Olarsa, sevdiyim, sәn kimi olsun,
                     Aşığa dünyada canan olsa da.



                                EL ALDI GETDİ

                     Çığrışır bülbüllәr, necoldu bağban,
                           1
                     Xoyrat dost bağından gül aldı getdi.
                                    2
                     Yüz min möhnәt çәkdim, bir bağ bәzәdim,
                     Yarı mәn bәslәdim, el aldı getdi.

                     Neçә möhnәt çәkdim, min daha gәrәk,
                     Xeyli ömür istәr bir daha görәk.
                     Nazlı yarım aldı o qanlı fәlәk,
                     Axdı gözüm yaşı sel oldu getdi.

                     Nazlı yardan hey bәd xәbәrlәr gәlir,
                     Dostlarım ağlayır, düşmәnlәr gülür.
                     Dedilәr ki, sәfil Əmrah da ölür
                     Kimi qazma-kürәk, bel aldı getdi…
               1  Xoyrat – tәcavüzkar, basqınçı
               2  Möhnәt – әzab-әziyyәt
   63   64   65   66   67   68   69   70   71   72   73