Page 72 - Turk_Edebiyyati_Antologiyasi
P. 72
Türkiyə ədəbiyyatı antologiyası
72
MƏNİ
1
Saqiya, canımda nәdir bu әsrar ,
Qıldı bir qәtrәsi mәstanә mәni.
2
Şәrabi-lәlindә nә keyfiyyәt var,
Söylәdir әfsanә-әfsanә mәni?
3
Rәf et niqabını, ey vәchi-әnvәr ,
4
Zülmәtdә könlümüz olsun münәvvәr .
Şәrabi-lәlinin lәzzәti, dilbәr,
Gәzdirir meyxanә-meyxanә mәni.
Aşiqin çox bәla gәlir başına,
Tәhәmmül gәrәkdir әdu daşına.
5
6
Şәmi-rüxsarına , eşq atәşinә
Yanmaqda seyr etsin pәrvanә mәni.
Baxmazlar Dәrtliyә, alğındır deyә,
Hәqiqәt bәhrinә dalğındır deyә.
Bir saçı Leylaya mәcnundur deyә,
Yazdılar dәftәrә divanә mәni.
1 Əsrar – tiryәk, uyuşdurucu
2 Şәrabi-lәl – lәl kimi şәrab
3 Vәchi-әnvar – aydın sima
4 Münәvvәr – aydın, işıqlı
5 Ədu – düşmәn
6 Şәmi-rüxsar – şam kimi yanan sima