Page 71 - Turk_Edebiyyati_Antologiyasi
P. 71

71




                         1
               Dәrdimәnd Dәrtlini anıb soruşun,
               Qәmzәsi qәddarә dedin, nә dedi?



                OLSAQ DA BİR, OLMASAQ DA

               Xaraba qul olduq bәzmi-alәmdә 2
               Abad olsaq da bir, olmasaq da bir!                    Dərdli
               Düşdük, çarә nәdir, dama alәmdә
               Azad olsaq da bir, olmasaq da bir!



               Eşq oduna yanmış cigәr – kababsız,
                                           4
                              3
               Hicr ilә giryanız , didә pür-abız .
               Yapılmış, yıxılmış xanә-xәrabız
               Bünyad olsaq da bir, olmasaq da bir!
               Bir Şirin әlindәn eşq meyin içdik,
               Haqq ilә batili fәrq edib seçdik.
               Varlıq dağlarını dәldik dә keçdik,
               Fәrhad olsaq da bir, olmasaq da bir!

               Ey Dәrdli, alәmdә biz şahi-diliz,
                                           5
               Haqdan, hәqiqәtdәn agahi-diliz .
                                      7
                           6
               Tәriqi-әsrara әrvahi-diliz ,
                    8
               İrşad olsaq da bir, olmasaq da bir!
          1  Dәrdimәnd – dәrdli, qayğılı
          2  Bәzmi-alәm – dünya mәclisi
          3  Giryan – ağlayan, göz yaşı tökәn
          4  Pür-ab – su içindә olan, yaşlı
          5  Agahi-dil – anlayan, başa düşәn
          6  Tәriqi-әsrar – sirr yolu
          7  Ərvahi-dil – ruhdan anlayan
          8  İrşad – doğru yol, Haqq yolu göstәrmәk
   66   67   68   69   70   71   72   73   74   75   76