Page 66 - Turk_Edebiyyati_Antologiyasi
P. 66

Türkiyə ədəbiyyatı antologiyası
      66
                     Tarixim mәzar daşımda,
                     Oxuyub-yazanım getmiş.

                     Əmrah der ki, hәlә-hәlә,
                     Baba, qalxaq düşәk yola.


                     Bir daha saz almam әlә,
                     Sazımı düzәnim getmiş.


                              ƏL ÇƏK, TƏBİB…

                     Əl çәk, tәbib, әl çәk yaram üstündәn,
                     Sәn mәnim dәrdimә dava bilmәzsәn.
                     Sәn necә tәbibsәn, yoxdur әlacın,
                     Yaram ürәkdәdir, sara bilmәzsәn.

                     Sәnә derәm, sәnә, ey qәlbi xain,
                     Kimsәlәr çәkmәsin fәlәyin yayın.
                     Yıxıb xarab etdin könül sarayın,
                     Alıb bir daşını qoya bilmәzsәn.

                     Əmraham, dinlәyin mәnim sözlәrim,
                     Mәhәbbәtin can evimdә gizlәrәm.
                     Nә durubsan, ağlasana, gözlәrim,
                     Bir daha yarını görә bilmәzsәn.


                               DEDİM DİLBƏR

                     Dedim, dilbәr, didәlәrin islanmış,
                     Dedi, çox ağladım, sel yarasıdır.
                     Dedim, dilbәr, ağ gәrdanın dişlәnmiş,
                     Dedi, zülfüm dәydi, tel yarasıdır.

                     Dedim, sәni saran sәrini vermiş,
                     Dedi, mәni saran murada ermiş.
   61   62   63   64   65   66   67   68   69   70   71