Page 65 - Turk_Edebiyyati_Antologiyasi
P. 65

65




              AĞALAR, QÜRBƏTDƏN GƏLDİM


               Ağalar, qürbәtdәn gәldim,
               Gәldim ki, nazanım getmiş.
                                 1
                                       2
               Yurdum mәnә xor göründü ,
               Sallanıb gәzәnim getmiş.

               İçmişәm әcәl şәrabı,                                  Ərzurumlu Əmrah
               Yenә qovuşdur, ya rәbbi!
               Dәstindә eşqin kitabı
               Oxuyub-yazanım getmiş.


               Hәsrәt içdim әldә badә,
               Oldu әfqanım ziyadә,
               Ördәk uçdu, qaldı ada,
               Göllәrdә üzәnim getmiş.

               Bir daha saz almam әlә,
               Mailәm mәn şirin dilә.
               Top zülfünü incә belә
               Darayıb düzәnim getmiş.

               …Bu dünya belә qalarsa,
               Küffardan öc alınarsa.
                        3
                           4
               Vәdә gәlibәn ölәrsәm,
               Mәzarım qazanım getmiş.
                                       5
               Dün gecә gördüm düşümdә :
               Geyinib durub qarşımda.


          1  Nazan – nazәnin, gözәl
          2  Xor görünmәk – yad görünmәk
          3  Küffar – kafir
          4  Öc – qisas
          5  Düş – yuxu
   60   61   62   63   64   65   66   67   68   69   70