Page 60 - Turk_Edebiyyati_Antologiyasi
P. 60
Türkiyə ədəbiyyatı antologiyası
60
1
…Ya ilahi, qıl hidayәt hörmәtiyçün ol hәbib ,
2
Ol lәini-bәdfaili mәnhus eylә әnqәrib .
3
4
Der ki, Ömәr bu sәnә dә umarız fәthin nәsib
Hәzrәti-sultan vәkili Əhmәd xandır varan.
***
Qurulalı nәlәr çәkmiş
Yalan dünyadan sorsana.
Neçә min cürә qan etmiş
Axan dәryadan sorsana.
Bilinmәz nә әcәb aldır,
Könül sәrxoş bir misaldır.
Aşiqlik nә müşkül haldır,
5
Çәkәn şeydadan sorsana.
Bu dәrdin çarәsin bilmәm,
Axar çeşmim yaşın silmәm.
Olaydın yar ilә bir dәm,
Çәkib tәnhadan sorsana.
Kәlamı naz ilә söylәr,
Qәrib könlüm alıb neylәr.
Neyçün cövrü-cәfa eylәr,
Mәlәksimadan sorsana.
Cahanda bulmadım bir yar,
6
Ruzi-şәb edәrәm әfkar.
Der ki, Ömәr cümlәmiz var,
Edәn Mövladan sorsana.
1 Hәbib – dost, mәhrәm
2 Lәini-bәdfail – lәnәtlәnmiş, bәdxasiyyәt
3 Ənqәrib – tezliklә
4 Ummaq – arzulamaq, istәmәk
5 Şeyda – aşiq, vurğun
6 Ruzi-şәb – gecә-gündüz