Page 59 - Turk_Edebiyyati_Antologiyasi
P. 59
59
ÇÜN QƏRİB-QƏRİB ÖTƏRSƏN
Çün qәrib-qәrib ötәrsәn,
Yaxşı söylәr dilin, bülbül.
Aşiqlәrә dәrd qatarsan,
Açıldıqca gülün, bülbül.
1
Dolu sunar sәnә saqi, Aşıq Ömər
Ürәyindә eşqin oxu.
Gәl bizim bağlarda oxu,
2
Uğradıqca yolun, bülbül.
Üzüm sürtüncә yerlәrә,
Qulluq eylәdim pirlәrә.
Der ki, Ömәr bu yerlәrә
Qәrib düşdüm, bilin, bülbül.
***
3
Aç gözün, Nemsә kralı, Qazi Sultandır varan,
4
Sәr xilas olmaz әlindәn, bir ac aslandır varan.
Dәm çәkәr әjdәr kimi hәm qazilәr hәr sübhü-şam,
Neçә min yüz qәhrәmanla Ali-Osmandır varan.
5
Ey dini qara münafiq durmadın sәn әhdinә,
Yürüdü әskәri-islam, hazır ol sәn vaxtına.
Qәtlinә fәrman olundu Nemsә tacü-taxtına,
Əllәrindә tirü-kaman ol Tatar xandır varan.
1 Sunmaq – vermәk, tәqdim etmәk
2 Uğramaq – baş çәkmәk, yolu düşmәk
3 Nemsә – german, alman
4 Sәr – baş
5 Münafiq – araqarışdıran, düşmәn