Page 54 - Turk_Edebiyyati_Antologiyasi
P. 54
Türkiyə ədəbiyyatı antologiyası
54
Rәqibә hәddini bildir,
1
Yanına cavanlar uydur .
Zamanә dostundan yeydir ,
2
Dağlara gәl, dağlara gәl.
Gövhәri düşmüş dillәrә,
Diyari-qürbәt ellәrә,
Billahi, vermәm әllәrә,
Dağlara gәl, dağlara gәl!
MƏNİ ÖLDÜRƏRSƏN
Bәyaz köksün mәnә qarşı
Açma, mәni öldürәrsәn.
Ala gözün süzә-süzә
Baxma, mәni öldürәrsәn.
Öldürüb qanıma girmә,
Hәr bir yada könül vermә.
Ala gözә siyah sürmә
Çәkmә, mәni öldürәrsәn.
Gövhәri der, şahı-bülbül,
Bәyaz gәrdan binayi-pul,
Yanağına qırmızı gül
Taxma, mәni öldürәrsәn.
1 Uydurmaq – burada: yığmaq
2 Yey – yaxşı