Page 58 - Turk_Edebiyyati_Antologiyasi
P. 58

Türkiyə ədəbiyyatı antologiyası
      58
                               KİMİNSƏN SƏN?


                     Sallanıb seyran yerinә
                     Çıxan dilbәr, kiminsәn sәn?
                                    1
                     Siyah zülfün mah üzünә
                     Tökәn dilbәr, kiminsәn sәn?

                     Baxdım gözünә, qaşına,
                     Bәnzәtdim huma quşuna
                     Mәni hicran atәşinә
                     Yaxan dilbәr, kiminsәn sәn?

                     Payinә üz sürtәn qullar,
                           2
                              3
                     Dәmadәm mәdhin edәllәr.
                     Al yanaq üstünә güllәr
                     Taxan dilbәr, kiminsәn sәn?

                     Seyrana bağa-bostana,
                     Bülbül qonar gülüstana.
                     Bizә mәstanә-mәstanә 4
                     Baxan dilbәr, kiminsәn sәn?

                     Aşıq Ömәr qeyrә varma,
                     Varıb divanında durma.
                     Ala gözә siyah sürmә
                     Çәkәn dilbәr, kiminsәn sәn?







               1  Mah – Ay
               2  Pay – ayaq
               3  Dәmadәm – daim, hәmişә
               4  Mәstanә – xumar
   53   54   55   56   57   58   59   60   61   62   63