Page 53 - Turk_Edebiyyati_Antologiyasi
P. 53
53
DOST BAĞININ MEYVƏLƏRİ…
Dost bağının meyvәlәri yetişdi,
Heyva mәnim, alma mәnim, nar mәnim.
Çeşmim yaşı ümmanlara qarışdı,
Cәfakaram, sitәmkaram, yar mәnim.
Yeddi dәrya boz-bulanıq selindәn, Gövhəri
Xәlqi-alәm aciz qaldı dilimdәn.
Mәn bülbülәm, ayrı düşdüm gülümdәn,
Əfqan mәnim, matәm mәnim, zar mәnim.
Mail oldum cilvәsinә, tacına,
Bәnd olmuşam siyah zülfün ucuna.
Mәnsur kimi asılaram saçına,
Kәkil mәnim, cığa mәnim, dar mәnim.
Gövhәri der: kimә könül qatayım,
Gövhәrimi nadanlara satayım,
Dost bağında bülbül kimi ötәyim,
Gülşәn mәnim, güllәr mәnim, xar mәnim.
DAĞLARA GƏL
1
Başına bir hal gәlәrsә,
Dağlara gәl, dağlara gәl!
Sәni saxlar, vermәz әlә,
Dağlara gәl, dağlara gәl!
Bu canım eşqә düşәli,
Eşq odu ilә bişәli,
Yaşıl dağlar bәnövşәli –
Dağlara gәl, dağlara gәl.
1 Hal – iş, hadisә