Page 48 - Turk_Edebiyyati_Antologiyasi
P. 48
Türkiyə ədəbiyyatı antologiyası
48
Yad ellәrdә çox әylәşdim
Nazlı yarım ağlar indi.
Qış günündә güllәr bitmәz,
Üstündә bülbüllәr ötmәz.
Can arzular, әlim yetmәz
Dәrd könlümü dağlar indi.
Yaz günündә ov ovlanmaz,
Payız günü at bağlanmaz,
Elin qızı әlә gәlmәz,
Xarab oldu bağlar indi.
Qaracoğlan cana yetdi,
Qürbәt eldә işim bitdi.
Ölәnlәr bizi unutdu,
Yol gözlәyir sağlar indi.
MƏDƏD, ALLAHI SEVƏRSƏN
Mәdәd, Allahı sevәrsәn,
Gәl imdi, dilbәr, gәl imdi.
Hәsrәtindәn ciyәrciyim
Dәlindi dilbәr, dәlindi.
1
Can sәni görmәyә ağar ,
Nә rәhmin, nә tәsәllin var.
2
Mәncilәyin sәni sevәr
Bul imdi, dilbәr, bul imdi.
Cavabın aldım dilindәn,
Öldüm sevdanın dәrdindәn.
1 Ağar – hәsrәt
2 Mәncilәyin – mәnim kimi