Page 47 - Turk_Edebiyyati_Antologiyasi
P. 47
47
KİM VAR İMİŞ BİZ BURADA YOX İKƏN
Bu yalan dünyaya gәldim, gәlәli,
Tas-tas içdim ağuları sağ ikәn.
Zalım fәlәk vermәz mәnim muradım,
Viran oldum allı-güllü bağ ikәn.
Aradılar, bir tәnhada buldular, Qaracaoğlan
Söykәndilәr, şivlәrini qırdılar.
Yaz, bahar ayında bir od verdilәr
Yandım getdim, ala qarlı dağ ikәn.
Farımaz da, dәli-könül farımaz,
1
Axar, gözlәrimin yaşı qurumaz.
İndәn belә mәnim hökmüm yerimәz,
Nökәr oldum gözәllәrә bәy ikәn.
Qaracoğlan der ki: baxın gәlinә,
Ömrümün yarısı getdi talana.
Sual verin bizdәn әvvәl gәlәnә,
Kim var imiş biz burada yox ikәn.
İNDİ
Dәli könül uçdu yenә,
Sәni kimlәr әylәr indi?
2
Sarı sünbül, mor bәnövşә
Geydi bizim dağlar indi.
Dost әlindәn badә içdim,
Qәrib-qürbәt elә düşdüm.
1 Farımak – yorulmaq, bezmәk
2 Mor – qırmızıya çalan bәnövşәyi rәng