Page 42 - Turk_Edebiyyati_Antologiyasi
P. 42
Türkiyə ədəbiyyatı antologiyası
42
***
Ərkani-dövlәt içrә hörmәt qalmadı,
Kimdәn umarsan kәrәm, әhli-mürvәt qalmadı.
Nәfsi nәfsinә oldu alim cümlәsi, heyrәtdir,
Kimsәdәn kimsәyә heç dәrman vә taqәt qalmadı.
***
1
Alayişi-dünyadan әl çәkmәyә niyyәt var,
2
Yaxında adәm derlәr, bir şәhrә әzimәt var.
Uçdu bu fәzalardan mürği-dili-nalanım, 3
4
Aram eylәmәz oldum, әfkari-sәyahәt var.
Nuş eylәsә bir aşiq ta hәşrәdәk ayılmaz,
5
6
Bәzmi-fәlәyin bilmәm camında nә halәt var.
Bu halәt ilә, ey dil, sağ olmada alәmdә,
Dәrdü-qәmi dilbәrlә ölmәkdә lәtafәt var.
Sәr tәrkinә qaildir dünyaya könül vermәz,
Tәrk әhlinin, ey Baqi, başında sәadәt var.
1 Alayişi-dünya – bulanıq dünya
2 Əzimәt – yola çıxmaq, sәfәr
3 Mürği-dili-nalan – fәryad edәn könül quşu
4 Əfkari-sәyahәt – düşüncәyә dalan
5 Hәşr – bütün canlıların dirildilib mәhşәrdә hesab vermәk üçün yığılması
6 Bәzmi-fәlәk – fәlәyin mәclisi