Page 37 - Turk_Edebiyyati_Antologiyasi
P. 37

37




               Qatran qazanını boşalt, qoy getsin,
               Mömin olan qullar didara yetsin.
                                    1
               Əmr eylә ilana, tamunu udsun,
               Söndür bu atәşi, bundan sәnә nә?

               Sәfil düşdüm bu alәmdә naçaram,
               Qıldan körpü yaradıbsan – keçәrәm.
               Şol körpüdәn keçәmmәsәm uçaram                        Qayğısız Abdal
               Keçir qullarını, bundan sәnә nә?

               Qayğısız Abdal der: cәnnәt yaratdın,
               Cәhәnnәmә neçә qulları atdın.
               Neçәsin atәşi-eşq ilә yaxdın,
               Yaxıb da neylәrsәn, bundan sәnә nә?



                   “KİTABİ-MƏQALƏT”DƏN
                          DÖRDLÜKLƏR:


                                   ***
               Mәnәm mövcud olan cümlә vücudda,
               Mәnәm mәqsud hәman Kәbәdә, bütdә.
               Mәnәm nәhәng, mәnәm dәryayi-ümman,
                                               3
                                  2
               Mәnәm qiymәtli kan bәhri-mühitdә .
                                   ***
                                   4
               Zahir-batin qamu alәm mәn oldum,
               Nә kim var püxtәvü xam mәn oldum.
               Hәr nә kim var әyan-gizli cahanda
               Gör әxi cümlәyә dәrhәm mәn oldum.

          1  Tamu – cәhәnnәm
          2  Kan – lәl-cәvahir
          3  Bәhri-mühit – dәniz mühiti
          4  Qamu alәm – bütün alәm
   32   33   34   35   36   37   38   39   40   41   42