Page 34 - Turk_Edebiyyati_Antologiyasi
P. 34
Türkiyə ədəbiyyatı antologiyası
34
FATEHİN ÖLÜMÜ
“Tәvarixi-Ali-Osman”dan parça
“Vәfatının sәbәbi ayağındakı ağrılar idi. Tәbiblәr müa licә
etmәkdә aciz oldular. Yekdilliklә qәrar verdilәr. Ayağından qan
aldılar. Ağrısı daha da artdı. Şәrabi-farığ (sakitlәşdirici) ver -
dilәr. Allahın rәhmәtinә getdi.
Tәbiblәr şәrbәti ki, verdi xanә,
O xan içdi şәrabı qanә-qanә.
Ciyәrin doğradı şәrbәt o xanın,
Hәmin dәm zarı etdi yanә-yanә.
Dedi: – Neyçün mәnә qıydı tәbiblәr,
Boyadılar ciyәri-canı qanә.
Bir tәsir etmәdi tәbib şәrabı,
Timarları hamı vardı ziyanә.
Tәbiblәr xanә çox tәqsirlik etdi,
Budur doğru sözüm düşmә gümanә.