Page 36 - Turk_Edebiyyati_Antologiyasi
P. 36

Türkiyə ədəbiyyatı antologiyası
      36
                                        ***
                     Ucalardan uca gördüm,
                     Ərbabsan sәn, qoca Tanrı.
                     Alәm oxur kәlam ilә,
                     Sәn oxursan heca, Tanrı.

                     Asi qullar yaratmısan,
                     Varsın böylә dursun deyә.
                     Onları qoymuş orada,
                     Sәn çıxmısan, uca Tanrı.

                     Qıldan körpü yaratmısan
                     Gәlsin qullar keçsin deyә.
                     Hәlә biz belә duralım,
                     İgit isәn keç, a Tanrı.

                     Qayğısız Abdal yaradan
                     Gәl içә gör cürәdәn.
                     Qaldır pәrdәni aradan,
                     Görәlim belәcә, Tanrı.


                                        ***

                                                     1
                     Adәmi  palçıqdan yoğurdun, yapdın ,
                     Yapıb da neylәrsәn, bundan sәnә nә?
                     Xәlq etdin insanı, saldın cahana,
                     Salıb da neylәrsәn, bundan sәnә nә?

                     Baqqalmısan, tәrәzini neylәrsәn?
                     İşin-gücün yoxdur, könül әylәrsәn,
                     Qulun günahını çәkib neylәrsәn,
                     Gәl keç dә suçundan, bundan sәnә nә?



               1  Yapmaq – düzәltmәk, yaratmaq
   31   32   33   34   35   36   37   38   39   40   41