Page 55 - Turk_Edebiyyati_Antologiyasi
P. 55

55




                               TÜRKÜ


                     Mәni kimsә әylәyәmmәz,
                     Mәnim könlüm alan gәlsin.

                     Tәbiblәr bilmәz әlacım –
                     Mәni dәrdә salan gәlsin.                        Gövhəri


                     Mailәm sәrvi boyuna,
                     Mәlәk qarışmış soyuna.
                     Soyunub üryan qoynuna,
                                 1
                     Sinәsinә saran gәlsin.
                     Qaşların yay, kirpiyin ox,
                     Sәnә mail olanlar çox.
                     Bu cahanda tay-tuşun yox,
                     O qaşları kaman gәlsin.

                                          2
                     Gövhәrini kimsә bilmәz ,
                     Aşiqin ağladan gülmәz.
                     Adını söylәmәk olmaz,
                     Filan qızı filan gәlsin.



                              DOLAŞIR

                     Sabahın sәhәr vaxtında
                     Bir qәrib bülbül dolaşar.
                     Yanağında gül açılmış
                     Ol gülә sünbül dolaşar.


          1  Sarmaq – çәkmәk, bürümәk
          2  Bilmәmәk – tanımamaq
   50   51   52   53   54   55   56   57   58   59   60