Page 73 - Turk_Edebiyyati_Antologiyasi
P. 73
73
MƏNƏ DERLƏR, NƏ YANARSAN
ALƏMDƏ
Mәnә derlәr nә yanarsan alәmdә,
1
Bilmәzlәr çәkdiyim eşq fәsadıdır .
2
Belә yazılıbdır lövhü-qәlәmdә , Dərdli
Necә şad olayım, dil naşadıdır .
3
Elә düşmüşәm ki, ah ilә zara,
4
Giriftar olmuşam hicrü-әfkara .
Hәr nә söz söylәsәm o sitәmkara,
Dinlәmәz sözlәrim, el övladıdır.
Bu cövrü özünә alım eylәmiş,
Neçә aşiqlәrin alim eylәmiş.
Quzum kiçiklikdәn tәlim eylәmiş
5
Hәlә unutmayıb o mötadıdır .
Bilinmәz әsrardır, sirri-müәmma,
6
Çәkilmәz bir yaydır bu eşqi-hüma .
Eşqә düşüb sevda çәkәn çox, amma
Dәrdli bu sevdanın lap bәrbadıdır.
1 Fәsad – nizamın, müvazinәtin pozulması
2 Lövhi-qәlәm – tale, alın yazısı
3 Naşad – şad olmayan, kәdәrli
4 Hicrü-әfkar – hәsrәt dolu fikir
5 Mötad – öyrәşmiş, vәrdiş elәmiş
6 Eşqi-hüma – eşq quşu