Page 421 - Sela
P. 421
Məsihlər klubu

getdiyindәn, ancaq bәzilәrinin yaxşı adәtlәrlә bir araya
sığmadığından onun sözünü kәsib, artıq kifayәt qәdәr
çәrәnlәdiyini söylәdim.

Fransızın bacısı oğlu eşitmәdiyi “çәrәnlәmәk” sözünü
hәrf-hәrf demәyi xahiş etdi vә onun xahişinә әmәl edib F-
o-l-l-u sözünü hәrf-hәrf tәlәffüz elәyәndә, әlini yellәyib
mәni savadsızlıqda günahlandırdı, sәrgәrdan torero, qәrarsız,
ikiüzlü, klubun üzvlüyünә layiq olmayan adam adlandırdı.
Yalnız bu cәmiyyәtdә mәnә sığınacaq verdiklәrinә görә,
hәmin tәhqirlәrә dözdüm.

Sakitlәşәndәn sonra mәnә söhbәti davam etdirmәyi
tәklif etdi, ancaq bir şәrtlә ki, özümü lәyaqәtlә aparacağam.

Heç vaxt şәxsi lәyaqәt mәsәlәsindә orijinal ideyalara
iddia etmәmişәm, intәhası, bunun toxların mәziyyәti
olduğunu düşünmüşәm. Hәr necә olsa da, az qala, böyük
uğur qazanan uzun nitq söylәdim, axırı da bu cümlә ilә
bitdi: “Siz mәndәn lәyaqәt tәlәb edirsiniz? Mәnә pul verin!”
Bu sonluq, xüsusilә xoşa gәldi.

Hәmin an senata: “İstәyirsiniz Yeri mәhvәrindәn
oynadım? Onda mәnә dayaq nöqtәsi verin!” – deyәn yunan
müdriki, deyәsәn, adı İsoseles idi, xatırladım.

Fikirlәrimdәki dәrinliyi vә onu bәlağәtlә ifadә elәmәyimi,
doğrusu, Dafnis vә Xloyanın gözәlliyiylә, ya müqәddәslәr
Kosma vә Damianın mәnәvi gücü ilә müqayisә etmәk
olardı.

Yaradana vә onun iradәsinә şükür olsun! Bir neçә belә
dәqiqә kifayәtdi ki, natiqә şöhrәt gәtirsin.

III
On il keçәndәn sonra mәni Mayami ticarәt palatasının
sәdri vә xeyriyyә cәmiyyәtinin kooperativ mağazasının
direktoru tәyin elәyәndә, günlәrin bir günü birdәn Betansosu
xatırladım.
Qәlbimdә dәhşәtli mübarizә başladı, çox vaxt da bu
mübarizә onun tam mәğlubiyyәtinә çevrilirdi.

421
   416   417   418   419   420   421   422   423   424   425   426