Page 368 - Sela
P. 368
İLO XOSE SELA

Əyalәtdәn gәlәn oğlan özünü itirib hәyәcanlandı: ona
“yoldaş” demişdilәr!

– Oy, çox sağ olun! Bu mәndәn ötrü böyük, layiq
olmadığım bir şәrәfdir, bilmirәm, cürәtim çatarmı! Çәtin
ki, öyrәşә bilәm. Sizin artıq ad-sanınız var, mәn isә... vur-
tut zavallı, özünü tapmağa çalışan şagirdәm!

Sirilo mübhәm bir xoşbәxtlik hiss elәdi.
– Yox, dostum, yox. Bircә bu çatışmırdı! Böyük әdәbiyyat
respublikasında hamımız qardaşlaşmalıyıq, bir-birimizә
dayaq durmalıyıq!
– Lәnәt şeytana!.. Bağışlayın, ağzımdan qeyri-ixtiyari
çıxdı!
Əyalәtdәn gәlәn gәnc böyük әdәbiyyat respublikası vә
onun vәtәndaşlarının hәmrәyliyi barәdә o gözәl ifadәni
yadında saxlamağa çalışdı.
“Elә ilk fürsәtdә onu necәsә işlәdәcәyәm, – әyalәtdәn
gәlәn gәnc düşündü, – necә gözәl ifadәdir!”
Əyalәtdәn gәlәn gәnc sonra fikirlәşdi ki, yazacağı
maqalәdә bu böyük respublikanı böyük hәrflә yazsın, ya
balaca.
– Mәncә, böyük hәrflә...
Sirilo ona baxdı.
– Nәsә dedin?
Əyalәtdәn gәlәn gәnc fikirdәn ayıldı. Poetik
kükrәyişlәriylә meydan sulayan romançı bu yerdә deyәrdi:
әyalәtdәn gәlәn gәnc göylәrdәn yerә endi... vә heç nә
olmamış kimi, sakitcә oturmuşdu.
– Yox, yox, hesablayırdım...
– Hә-ә!
Sirilonun iri hülqumu var. Əyalәtdәn gәlәn gәnc Sirilonun
hülqumu barәdә düşündüyündәn fikri yayındı. Sirilo yaxşı
dostdur! Bundan başqa, Sirilo mәnim müәllimim ola bilәr.
“Yәqin, onun hülqumu südlü qәhvә ilә doludu. Yox,

368
   363   364   365   366   367   368   369   370   371   372   373