Page 306 - Sela
P. 306
İLO XOSE SELA

ordunun yox, yalnız atlı qoşunun komandanı idi. Evelio
әmi – Moranların sağlam qolundandı, güclü vә kobud
olduğuna görә, ona Xabarin1 deyirlәr, Xabarin dağdan
enmәyi xoşlamır, gәlmәlәri sevmir, müharibә vaxtı Xabarinin
çәtinliklәri olsa da, öhdәsindәn gәlә bilmişdi. Xabarin
yemәyi, içmәyi, çәkmәyi, arvadları xoşlayır, Xabarin köhnә
kişidi, o, deyir:

– Siz bir-birinizә atәş açmaq xәstәliyini müdafiә etmәk
istәyirsiniz? Lap yaxşı, müdafiә elәyin, ancaq özünüz atәş
açın, әvәzinizә başqalarının atәş açmasına әmr etmәyin,
silahla dağa qalxın, onda baxarıq. Üz-üzә dayanmaq hәr
adamın işi deyil, dәrhal gerilәyirlәr, üzr istәmәyә başlayıb,
saatın neçә olduğunu soruşurlar.

Xabarinin yetmişdәn çox yaşı var, eynәk taxır.
– Yaşla bağlıdı, cavanlıqda hamıdan yaxşı, hamıdan da
uzağı görürdüm, ancaq ömrü boyu belә davam edә bilmәzdi,
eynәyi qocalıqda yox, cavanlıqda taxmaq pisdi; cavanlıqda
eynәk taxanlar ya seminariya tәlәbәsi, ya mavi olur.
– Evelio әmi! Hamı?
– Demәk olar, hamı, ancaq inkar etmirәm, istisnalar da
ola bilәr.
Xabarinin yarım әsrdәn çoxdu ki, arvadı ölüb, Xabarinin
arvadı çox gözәl, zәrif idi, hәmişә qәşәng geyinirdi, mirvari
boyunbağısını çıxarmırdı; imkanı olsa da Xabarin daha
evlәnmәmişdi, ömrü boyu kәpәnәk kimi güldәn gülә
qonmuşdu, bunu sevirәm, bunu sevmirәm, bundan oğul
doğuzdurub, çalışıram keşiş olsun, bundan qız doğuzdurub,
yemәkxanaya verirәm, belәcә davam elәyib; Xabarin
arvadının qәbrinin üstündә ağ mәrmәrdәn başdaşı qoydurub,
üstünә dә epitafiya hәkk elәtdirib: “Mәryәm Ana kimi
adın Mәryәm olduğu üçün, şәklini çәkdirmәdiyimә görә
hәmişә heyifsilәnәcәyәm”.
– Bu, şeir deyil.

1 Xabarin – qaban (qalisiya dilində)

306
   301   302   303   304   305   306   307   308   309   310   311