Page 300 - Sela
P. 300
İLO XOSE SELA

– Qaite çalmaq olar?
– Ancaq gündüzlәr olar.
Qollu-budaqlı palıd ağacının altında cadugәr qadın
gicbәsәr oğlanı tәsbehlә döyür ki, şeytanı qussun.
– Donuz, nәdi, içәridә qalmaq istәyirsәn? Rәdd ol! İblis,
yaramaz şeytan, bu adamın bәdәnindәn rәdd ol!
Kasandulfların Raymundosu yorulub, gördüklәrinin
hamısı qәribә vә bayağıdı, aydın mәsәlәdi, o yorulub.
– Gedәk, Monça? Mәncә, Qalisiya lap cadugәrxanaya
çevrilib, niyә yüz il әvvәl, ya yüz il sonra doğulmadıq?
Evә qayıdanda Kasandulfların Raymundosu, demәk
olar, bütün yolboyu susdu, senyorita Ramonanın bir
portuqaliyalıdan aldığı köhnә “esseks” dә gedirlәr, qara
tәmtәraqlı “pikkard”ı, qәşәng ağ “izotta-fraskini”ni mü-
haribәnin әvvәlindә müsadirә elәyiblәr, onu daha görmәdilәr,
kimәsә xidmәt elәyir.
– Nә haqda fikirlәşirsәn?
– Heç nә haqda, bilirsәn, beynimdә xoşagәlmәz bir fi-
kir dolaşır...
Ehtiramla, sevgiylә, aramla bomboş, yamyaşıl çöllәrә,
taxıla, qarğıdalıya yağır, bәlkә dә, nәzakәt gözlәmәdәn,
sevgisiz, nigarançılıqla yağır, bәlkә dә, hiddәtlә, qәfil
bәrkiyәrәk yağır, çünki yağışın tәbiәtini dә ondan alıblar,
Kasandulfların Raymundosu senyorita Ramona ilә yanaşı
oturub yenә hәvәssiz-hәvәssiz danışır:
– İspaniya meyitdi, Monça, buna inanmaq istәmirәm,
ancaq çox qorxuram ki, meyit olsun. Bircә nә vaxt dәfn
olunacağı mәlum deyil. Elә sәhv elәmәk istәyәrdim! Tәki
ölmәyә, donub qala vә ayıla! İspaniya çox gözәldi, amma
bәxti gәtirmәdi, bilirәm, bunu demәk olmaz, ancaq özün
görürsәn – ispanlarda hәyat enerjisi, demәk olar, qalmayıb,
gәrәk var-gücümüzü toplayaq ki, başqa ispanlar bizi öldür-
mәsin.

300
   295   296   297   298   299   300   301   302   303   304   305