Page 299 - Sela
P. 299
İki ölü üçün mazurka

– Bu haqda düşünmә. Viskini açma, saxla, tәk içәrsәn;
sәnә kokteyl düzәldәrәm, sәnә dә, Robin.

Kasandulfların Raymundosu kokteyli xoşlayır; qırmızı
vermut, tәnyarı ardıc, bir neçә damçı acı nanә suyu vә
istiot.

– Bircә buz çatışmır.
– Narahat olma, birtәhәr soyudarıq.
Kokteyl Kasandulfların Raymundosunun qara fikirlәrini
dağıdır.
– La Korunyada “Amerika” vә “Nautilo” kafesindә kok-
teyl verirdilәr, “Amerika” Kral küçәsindә, sol tәrәfdәdi,
sahibi don Oskar idi, ora kuzenimlә gedirdim, hәrdәn
Amparita ilә, Amparita gözәl qızdı! La Korunyaya qayıdıb
onu görmәk lazımdı, ancaq, yәqin, indi adaxlısı olar.
Adeqanın qızı Benisya oxuyub yazmağı bilmir, nәyinә
lazımdı, savadın nәyәsә yaradığına elә dә әmin deyilәm,
Benisyanın döşlәrinin gilәsi şabalıd boydadı, üzündә dә
tәbәssüm tәzәdәn görünmәyә başlayıb.
– Benisya.
– Eşidirәm, don Raymundo.
– Dükana qaç, mәnә kibrit vә yazı kağızı al.
– Marka da?
– Hә, üç-dörd dәnә dә marka.
– Üstündә İzabella Katolikin şәkli olsun, yoxsa kaudilyo-
nun1?
Kasandulfların Raymundosu gülümsәyir.
– Ay tülkü, hansından olsa.
Bu il Lalindәn o tәrәfdәki Santa-Bayadakı Karpinyolu
Mәryәm Ananın ziyarәtinә az adam getdi, bu il tanınmamış
ölülәr vә qәfil hәbslәr ilidi, bu il qudurmuşlar az, polislәr
çoxdu, aydındı, adәtlәr dәyişir, ticarәtçilәr, musiqiçilәr dә
azdı.

1 Kaudilyo – rəhbər

299
   294   295   296   297   298   299   300   301   302   303   304