Page 298 - Sela
P. 298
İLO XOSE SELA

Sükut çökәndә, ispanlar “mәlәk uçdu”, ingilislәr isә
“hardasa axmaq doğuldu” deyirlәr. Kasandulfların
Raymundosu dәrhal cavab vermir.

– Mәnә qarşı çox mәrhәmәtlisәn, Monça, deyirsәn, qa-
baqlardakı kimi hәr mәnada zirәk olacağam?

– Hә, Raymundo, hәr mәnada, bir neçә gündәn sonra
baxarsan.

Robin Lebosan Kasandulfların Raymundosuna bir şüşә
viski hәdiyyә elәyir.

– Bәlkә dә, bütün Qalisiyada yeganәdi, bir az var Vense-
asların böyüyü Portuqaliyadan gәtirib, yaxşı saxla.

Haqq-hesab çәkmәyi, mәhkәmәni vә qisas almağı
hüquqşünaslara tapşırmaq sәhv olardı, piyada qoşuna
hәvalә etmәk yaxşıdı, daha tez vә mәrhәmәtli olardı, ayrı-
ayrı sәhvlәrin mәnası yoxdu. “Eneida”da allahların da
sәhv etdiyini oxuyuruq, hәtta bәzi әyintilәr hesaba alınmırdı,
qәddarlıq ehtiyatla vә qәnaәtlә yaşayan hansısa şanlı igidin
vә әyyaşın zorakılığında deyil, hәyatının üstündә әsәn
qorxaq inzibatçıda, qorxaq bürokratda idi, bu tip iyrәncdi,
ağzının suyunu axıdandı, şәr – hәyat cücәrtilәrini kağızlarla
boğan qabiliyyәtsizliyin soyuq, müntәzәm zorakılığıdı,
onlar haqq-әdalәt yaradıcıları deyillәr, lalların karnavalında
maskadılar; guya bürokratiya vәhşi heyvandan pisdi, qisasçı
vә dağıdıcıdı, insan çaşır, üzülür vә yıxılır, hirslәnmir,
qaçmır, özünü öldürmür – yox, yalnız hürkür, büzüşüb
heysizlәşir, qaraqabaq olur, axmaqlığı vә qayda-qanunu
müdafiә edir, hәr şeyi qәzetdәn öyrәnir, bu da әdalәtsizlik
vә qorxaqlıqdı; әdalәt – hәlә yetişmәmiş arzudu, kişilik isә
solmuş buketdәki kәdәrli çiçәkdә qalıb; dünәn sәhәr saat
altıda hәrbi tribunalın cümә axşamı çıxardığı qәrar әsasında
yetmiş üç ölüm hökmü yerinә yetirilib...

– Monça, elә bil qızdırmalıydım, hәr şey duman içindәydi,
çәtin ki, tezliklә aydın görәm.

298
   293   294   295   296   297   298   299   300   301   302   303