Page 285 - Sela
P. 285
İki ölü üçün mazurka

göstәrәnlәr qalib gәlir). İlahi, hәkimlәr anesteziya qayğısına
qalmadan, tәlәsmәdәn bintlә, lansetlәrlә işlәyәrәk Müqәddәs
Ürәyi kürәyindәn çıxaranda peysәri necә dә ağrıdı, aydın
mәsәlәdi, hәr şeyin başı sәbrdi, onların qayğıları çoxdu,
hәrbi idarәdә ona iki, ya üç rәngli möhür vurulmuş kağız
verdilәr: IV ordu korpusunun generalının әmriylә on altıncı
yüngül sılahlı alayın topçu-әsgәri Kamilo N.N-ә buradan
Neqreyraya (Korunya) gedib, orada yaşamaq mәqsәdilә
verilir, çünki o, yerli Hәrbi Tibb Komissiyası tәrәfindәn
hәrbi xidmәtә yararsız sayılıb; dәmir yoluyla getmәk dövlәt
hesabınadır. Sәlahiyyәt sahiblәrindәn xahiş olunur ki,
hәrәkәt etmәsinә mane olmasınlar, әksinә, әrzaq baxımından
ona hәr cür kömәklik göstәrsinlәr. Loqronyo, 21 iyun 1937-
ci il, Qәlәbәnin 1-ci ili, Hәrbi qubernator (yaxşı oxunmur).

– Niyә Padrona göndәrmәdilәr?
– Bilmirәm. Görünür, evlәnmәk istәmәdiyi adaxlısından
canını qurtarmaq istәyib.
Briqada komandiri sәnәdi ona tәqdim elәyәndә
qaşqabaqlı halda gülümsәdi.
– Sәnin ananı... Sәnin üçün hәr şey bitdi, indi gül
kimisәn, bu xoşbәxtlikdәn istifadә elә, pis adamların bәxti
gәtirir.
– Elәdi, senyor.
Senyorita Ramonanın atası don Breqimo kәdәrlә,
ağlaşmayla dәfn olunmasını istәmirdi, don Breqimo hәyatı
qiymәtlәndirirdi, bancoda fokstrot, çarlston çalırdı, öz
dәfnindә raket atmalarını xahiş elәmişdi. Robin Lebosan
senyorita Ramonaya dedi:
– Sәni atan xilas elәyib, özün yaxşı bilirsәn ki, dәrdimi
heç kim dağıtmır, bu, çox kәdәrlidi, Monça, çox kәdәrlidi,
sәnin canına and içirәm...
Dayım Klaudio çox qocadı, hәr şeyin bir tәrәfini boş
buraxıb, bizim mәnfur dünyamızda olanlar, ola bilәcәklәr
artıq onu maraqlandırmır.

285
   280   281   282   283   284   285   286   287   288   289   290