Page 290 - Sela
P. 290
İLO XOSE SELA

tәbliğat, hökm elәyәcәklәr, qız yanına getmәkdәnsә, bütün
günü öz gәlirlәrini hesablayırlar, yalnız dua elәyirlәr ki,
polkovnikdәn tutmuş yuxarılara qәdәr onları hәrbçilәrin
arvadları müdafiә etsinlәr, tәki bircә atәş sәsi eşitmәsinlәr,
pul qazanıb, öz canlarını qurtarırlar, bizsә kasıbçılıqdan
yaxa qurtara bilmirik, hәyatımızla oynayırıq, hәrdәn onu
itiririk dә, ancaq bu, vacib deyil.

Ayaqlarına güllә dәymiş karlist-serjant Piçiçi dә gәlәcәyә
ehtiyatla baxır.

– Gün kimi aydındı ki, qorxmaz buğanı hәmişә öküzlәr
çәkib aparar, bu, әdalәtli deyil, sәnә elә gәlmir? Gәrәk
Allah buna imkan vermәyә, әsas mәsәlә odur ki, Allah
bizim işlәrlә maraqlanmır, çox güman, onun üçün hamı
eynidi, mәnә güllә dәyәndә Allaha qarşı çıxdım, ancaq
ölmәdim, Allah mәni cәzalandırmadı, mәn dә ölmәdim,
demәli, Allahın heç nә vecinә deyil, amma bu barәdә susaq.
Sәn haçansa özünü öldürmәk barәdә düşünmüsәn? Mәn –
yox, fikrimcә, heç vaxt özünü öldürmәk lazım deyil.

Vaxt hamı üçün keçir. Rozikler bütün qadınlar kimi
yaxşılaşıb, yәni adamı tamahlandırır.

– Bu gün sәnә xәyanәt elәyәcәm, bilirәm kiminlә, Mon-
ça, sәn dә bilirsәn.

– Rozikler, sәn әmәlli-başlı fahişәsәn!
Vaxt hamı üçün, hәmçinin ölülәr üçün keçir.
– Əgәr saata baxa bilmirlәrsә, vaxtı necә bilirlәr?
– Bilmirәm, demәk olar, heç nә bilmirәm, yәqin, iradәlәri-
nin gücünә.
Robin Lebosan hesab edir ki, hәyatda bәxti gәtirmәyib.
– Bәlkә, evdә yaxşı olardı, ancaq ailә ilә yaşamağa öyrә-
şә bilmәdim, Monça, demәk istәyirәm ki, ailәmizdә hamı
vecsizdi, mәn heç vaxt şәhәrdә yaşamağa cәhd elәmәmişәm,
bunun da cәzasını çәkirәm, qohumlarım qanuna tabe,
cansıxıcı, kefsiz, bir az köntöy adamlardı, qohumlarım

290
   285   286   287   288   289   290   291   292   293   294   295