Page 275 - Sela
P. 275
İki ölü üçün mazurka

– Hәyәcanlanmayın, senyora, bir az sakit olun, don
Rosendonu yedizdirin, o iş üçün bu çox vacibdi, yumurta
sarısını xereslә çalıb ona verin...

Üç qızçiçәyi beşinci palataya baş çәkdilәr, bir sәbәt
hәdiyyә gәtirdilәr.

– Əsgәrcik, sәnә Müqәddәs Ürәkli dua vermәk istәyirәm,
pis şeylәrdәn qoruyur, bax, nә yazılıb: “Dayan, güllә, İsanın
ürәyi mәnimlәdi”.

Topçu Kamilonun rәngi qaçdı.
– Yox, yox, sağ olun, xahiş edirәm, başqasına verin, gö-
dәkcәmә sancaq bәnd elәmişdilәr, heç bir ay keçmәdi ki,
onu çiynimdәn çıxartdılar, senyorita, böyük hörmәtlә sizә
deyirәm ki, Müqәddәs Ürәk mәnim üçün fәlakәtdi.
Qızçiçәyi hirslәndi, elә bil ona mizraq soxdular.
– Müqәddәs Ürәyә nifrәt elәyәn kafir! Qırmızı!
Tibb bacısı Katalina Topçu Kamilonu müdafiә elәyib,
әsgәrinә toxunmağa imkan vermәdi.
– Rәdd ol burdan, vәrәmli, utanmaz! Rәdd ol! Heç
kimin mәnim uşaqlarımda işi olmasın! Eşitdiniz? Rәdd ol!
Bir dә palataya icazәsiz girmәyin!
Tibb bacısı Katalina qoçaq qadındı, onunla döş-döşә
gәlmәk çәtindi, onun üçün yaralılar әn әvvәl müqәddәsdi,
sonra da şәxsi mülkiyyәtidi; bu yalnız ispanlara aiddi, tibb
bacısı Katalina nә italiyalıları, nә mavrları qәbul elәyir.
– Yox, yox, onların qayğısına qoy öz rahibәlәri qalsınlar,
burada qarışıqlıq istәmirәm.
Kasandulflardan Raymundo vә kuzeni topçu Kamilo
sağalmağa başlayıb, yeriyә bilәndә, axşamlar general Mola,
әvvәlki Portales küçәsindәki “İki şir” kafesinә baş çәkirdilәr.
Tibb bacısı Katalina hәr birinә kafeyә bir qәdәh içki vә
siqar üçün talon verirdi, hәrdәn Lakara mülki qvardiyasından
karlist Çomin Qalbarra Larraonu da özlәriylә götürürdülәr,
onun әllәri, gözlәri yoxuydu, qumbara әlindә partlamışdı.
әllәrini qoparmışdı, göz çuxurlarını dağıtmışdı, kömәksiz

275
   270   271   272   273   274   275   276   277   278   279   280