Page 9 - Danilenko
P. 9
Tarnovskilər malikanəsindəki kölgələr 9

Yolda ins-cins gözә dәymirdi. Adama elә gәlirdi ki, yar-
paqları saralmış ağaclar maşının içinә boylanır. Sahәlәrdә
yandırılmış quru otların tüstüsü açıq pәncәrәdәn içәri dolurdu.
Bu, o demәk idi ki, artıq ilin vә hәyatın әn gözәl vaxtları arxa-
da qalıb. Alla bunu fikirlәşib, yerindә qurcuxdu.

– Pәncәrәni bağlasan yaxşıdır, – әri dillәndi. – Soyuq
dәyәr.

Qadın onun sözlәrinә mәhәl qoymayıb soruşdu:
– Sonuncu Tarnovski barәdә nә deyә bilәrsiniz?
– Onu deyә bilәrәm ki, o, rәsm, silah vә qadın kolleksiya-
çısı idi, – Bey cavab verdi.
O, arxa oturacaqda, Allayla әrinin yanında yayxanıb
oturmuşdu. Gözünü qadının çılpaq, yaraşıqlı ayaqlarından çәk-
mirdi. Onun ehtiraslı baxışlarını öz üzәrindә hiss edәn Alla üs-
tünü vurmadı:
– Onun kolleksiyasında hansı mәşhur qadınlar olub?
– Kiçik Tarnovskinin on yeddi yaşı olanda, tәsәrrüfat mü-
diri onu öz arvadıyla yataqda tutub. Tәsәrrüfat müdiri Afanasi
Markoviç, onun vәfasız arvadı isә – Marko Vovçok1 idi.
Markoviç dәrhal әşyalarını toplayıb, arvadıyla birgә Kaçanov-
kanı tәrk edib. Böyük Tarnovski ona on min rus rublu vermәk
istәyib, amma qürurlu Markoviç pulu götürmәyib. Bundan
sonra әr-arvad Kiyevdә mәskunlaşıb, yoxsul hәyat sürüblәr.
Kurenevkada2 yaşadıqları daxmanın döşәmәsi torpaqdan imiş.
Daxmanın qapısı da yoxmuş – girәcәyindәn adyal asılıbmış.
– Belә çıxır ki, Marko Vovçok kişilәrdәn kolleksiya topla-
yırmış? – Alla ona sarı çevrildi. Roman Bey birdәn-birә can-
landı vә guya bilmәdәn әliylә onun dizinә toxundu.
– Bu mәnada o, Tarnovskilәri vurub keçmişdi. Üstәlik,
fırıldaqçılar dükandan aldıqları gümüş qaşıqları Tarnovskiyә
baha qiymәtә sırıyırdılar – guya bunlar getman Mazepanın3

1 Marko Vovçok (1833–1907) – Ukrayna yazıçısı, etnoqraf, tərcüməçi
2 Kurenevka – Kiyevdə sənaye rayonu
3 İvan Mazepa (1639–1709) – Ukrayna getmanı. İsveçin köməyi ilə Ukraynanı
Rusiyadan azad etmək istəyirdi.
   4   5   6   7   8   9   10   11   12   13   14