Page 14 - Danilenko
P. 14
Vladimir Danilenko

– divarlarından soğan dәstәlәri asmış, pәncәrәnin önünә çörәk
tәknәsi vә bardaq qoymuşdular. Stolların arasına, kәnd
evlәrindәki kimi, hәsir sәrmişdilәr. Altı qadın idilәr, bәzilәri
onun kimi boşanmış, bәzilәri isә heç әrә getmәmişdi. Deyib-
gülür, şәnlәnirdilәr. Zal kiçik idi, musiqi isә çox ucadan
sәslәnirdi. Restoranda ağız deyәni qulaq eşitmirdi, bir-biriylә
qışqıra-qışqıra danışmalı olurdular. Tezliklә beyinlәr duman-
landı, rәqs etmәyә başladılar.

Zirәk, diribaş bir kişi Allanı rәqsә dәvәt etdi. Hay-küy
restoranı başına götürmüşdü, musiqi sәsindәn qulaq tutulurdu.
Sәrxoş qadınlar qәhqәhә çәkib gülür, kişilәr çığırışırdı. Elә bu
vaxt Alla özünü saxlaya bilmәyib, kişinin üstünә yıxıldı.

– Bağışlayın, – qızarıb pörtәn Alla özünü tarazlamağa
çalışdı, amma yenidәn sәntirlәdi.

– Ehtiyatlı olun, – kişi onu qucaqladı.
– Ayaqqabımın dabanı qopdu, – Alla yırğalana-yırğalana
öz stoluna tәrәf getdi.
Kişi onun qolundan tutmuşdu.
– Niyә rәqs etmirsiniz? – nәfәsi tıncıxmış Oksana soruşdu.
– Görürsәn? – Alla ayaqqabısını göstәrdi.
– Oho, görürәm, yaxşı rәqs elәmisiniz, – Oksana pıqqıldadı.
Sәrxoş kişi onun belindәn tutub, yenidәn rәqs meydança-
sına doğru çәkdi.
– Siz olmasaydınız yıxılacaqdım, sizi Allah yetirdi, – Alla
zarafatla dedi.
– Adım Faddeydir, – kişi özünü tәqdim etdi.
– Mәn isә, Allayam.
– Ayağınızın ölçüsü neçәdir?
– Otuz altı. Demәk olar, uşaq ayağıdır. Nәdir ki?
14 – Gedim sizә ayaqqabı tapım. Belә bir gündә ziyafәti
yarımçıq qoyub, evә getmәyinizi istәmirәm.
– Hә, evә getmәliyәm.
– Tәlәsmәyin, hәr şeyi yoluna qoyarıq, – Faddey cibindәn
telefon çıxardı.
– Saata baxın, bu vaxt kim ayaqqabı satar? Hәm dә,
üzәrimdә o qәdәr pul yoxdur. Yaxşısı budur, taksi çağırım.
   9   10   11   12   13   14   15   16   17   18   19