Page 12 - Danilenko
P. 12
Vladimir Danilenko

– Bunlar o vaxtkı sәrsәri ziyalıların hoqqaları idi, – Mendel
istehzayla cavab verib, üzünü pәncәrәyә sarı çevirdi.

Allanın baldırının istisindәn xoşhallanan Bey yenә nәsә
demәk istәdi, amma Faddey Şvaqulyak onun sözünü kәsdi:

– Bizim avtobus dayandı.
Geriyә boylanıb gördülәr ki, arxalarınca gәlәn avtobus
yolun kәnarında dayanıb. Musiqiçilәr vә aktyorlar avtobusdan
düşüb, yolda nәyәsә baxırlar.
– Nә olub? Qayıtmaq lazımdır, – Bey hәyәcanlandı.
Maşını arxaya, avtobusun yanına sürdülәr. Avtobusun
sәrnişinlәri nәyinsә başına toplaşmışdılar.
– Yaşayır? – qadın sәsi soruşdu.
– Baxın, qımıldanır.
Alla adamları yara-yara irәli keçib, yolda uzanılı qalmış
tülkünü gördü.
– Bunu biz vurduq?
– Avtobusun altında qaldı, – sarışın qadın dedi.
– İndi neylәyәk?
– Qoy canı çıxsın, – avtobusun sürücüsü mırtıldadı. –
Öldürüb dәrisini soymaq lazımdır.
– Nә zalım adamsınız! – qәdd-qamәtli qadın hiddәtlәndi.
– Onsuz da, ölәcәk, – sürücü cavab verdi. – Dәrisindәn
yaxşı yaxalıq çıxar!
– Baxın, onu gödәkcәyә bükür! – qadınlar qışqırışdı. –
Dişlәyәcәk!
Ucaboy kişi gödәkcәyә bürüdüyü tülkünü ehtiyatla
götürüb, avtobusa apardı. Alla Tarnovskilәrin malikanәsindә
onu qucaqlayan kişinin güclü qollarına heyranlıqla baxırdı.
Amma kişi sanki onu görmürdü. Hamı hay-küylә avtobusa
12 doluşdu. Aleksandr Mendel, Alla, Faddey Şvaqulyak vә
Roman Bey maşına oturub, Kiyevә doğru üz tutdular.

2
Alla Beyin söhbәtlәrindәn bezmişdi, onu candәrdi din-
lәyirdi. Qadın fikirlәşirdi ki, Aleksandr Mendelin nә demә-
yindәn asılı olmayaraq, Tarnovskilәrin malikanәsindә baş
verәnlәr әriylә onun arasında heç nәyi dәyişmәyib.
   7   8   9   10   11   12   13   14   15   16   17