Page 13 - Danilenko
P. 13
novskilər malikanəsindəki kölgələr

Prilukiyә1 çatanda Bey soruşdu: 13
– Kiyevә nә qәdәr qalıb?
– Tәxminәn yüz iyirmi kilometr, – sürücü cavab verdi.
Bey başını yırğalayıb, mürgülәmәyә başladı. Tezliklә
Faddey dә yuxuya getdi, tәkcә Mendel oturub, nә barәdәsә
fikirlәşirdi.
Alla Faddey Şvaqulyakla tanış olduğu günlәri xatırlayırdı.
Onunla doqquz il әvvәl tanış olmuşdu. Rәfiqәlәri ilә birgә
restoranda yeni ili bayram edirdi. Onda Allanın otuz yaşı vardı.
Birinci evliliyi uğursuz olmuşdu deyә neçә vaxt idi ki,
kişilәrdәn uzaq gәzirdi. Uşağı yox idi. Keçmiş әri Boris vergi
müfәttişliyindә işlәyirdi. Boris hәmişә evә gec gәlir, istirahәt
günlәrindә dostlarıyla ova gedirdi. Onlar Karavayevı daçi2 ra-
yonunda birotaqlı mәnzil kirayәlәmişdilәr. Alla Folklor vә Et-
noqrafiya İnstitutunda işlәyirdi. Volında3 dәfn mәrasimlәri
haqqında dissertasiya müdafiә etmişdi. Kasıb yaşayırdılar,
әlavә pul qazanmaq üçün Alla qadın jurnalında köşә yazıları
yazırdı.
Ev işlәrinin hamısını Alla görmәli olurdu. Boris ona az pul
verir, heç nәdә kömәk elәmirdi. Alla hәm bazarlıq edir, hәm
dә ona sәhәr vә axşam yemәyi hazırlayırdı. Boris Bessarabiya
bazarının4 yanındakı “Puzataya xata” adlanan restoranda nahar
edirdi. Cәmi bir il birgә yaşadıqdan sonra intim münasibәtlәri
kәsildi vә tezliklә әri bәyan etdi ki, başqa qadını sevir. Dava-
dalaş salmadan ayrıldılar. Nә uşaqları vardı, nә dә ümumi mal-
mülklәri. Әrindәn ayrıldıqdan sonra, demәk olar, hәyatında
heç nә dәyişmәdi. Yenә dә bazarlıq edir, yemәk hazırlayır,
istirahәt günlәrini tәk-tәnha keçirirdi. Hәftәdә iki dәfә Folklor
vә Etnoqrafiya İnstitutuna gedir, qalan vaxtlarını qadın
jurnalının redaksiyasında girәlәnirdi.
Doqquz il bundan qabaq Yeni ili qeyd etmәk üçün resto-
rana getmişdi. Restoran köhnә aşxanalar kimi dizayn edilmişdi

1 Priluki – Çerniqov vilayətində şəhər
2 Karavayevı daçi – Kiyevdə rayon
3 Volın – Ukraynanın tarixi regionlarından biri. İndiki Volınski, Rovenski, Jitomirski,
Ternopolski, Xmelnitski vilayətləri bu regiona daxil idi.
4 Bessarabiya bazarı – Kiyevin ən bahalı bazarı
   8   9   10   11   12   13   14   15   16   17   18