Page 10 - Danilenko
P. 10
Vladimir Danilenko

qaşıqlarıdır. Marko Vovçok isә belә sәhvlәr buraxmırdı. O,
kişidәn istәdiyini alır, sonra onu atıb, başqasını tora salırdı.
Afanasi Markoviçin sayәsindә yazıçı olmuşdu. Onun ukrain
dilindә yazılmış bütün әsәrlәri, әslindә Markoviçin qәlәmin-
dәn çıxıb.

– Bәs kişilәri özünә mәftun etmәk sәnәtini kimdәn öyrәn-
mişdi?

– Bu anadangәlmә qabiliyyәt idi, – Roman Bey bütün
vücudu ilә ona qısıldı. Qadın onun ehtirasdan alışıb-yandığını
hiss etdi. On iki yaşı olanda, atalığı – istefaya çıxmış unter-
zabit onu tovlayıb yoldan çıxarıb, on beş yaşında isә o özü
Markoviçi başdan çıxarıb. Markoviç onda romantik tәbiәtli
cavan oğlan imiş, Kirill-Mefodi1 cәmiyyәtinin üzvü olduğu
üçün Oryola sürgün edilibmiş. On beş yaşlı Mariya istәnilәn
kişinin başını piylәmәyә qadir olan tәcrübәli qadına çevrilir.
İyirmi yaşlı Mariyanın kolleksiyasında kimlәr yox idi:
ukraynalılar, ruslar, yәhudilәr, italyanlar, fransızlar, almanlar,
ingilislәr, ispanlar… Onlar Mariyanın әsәrlәrini müxtәlif dil-
lәrә tәrcümә edir, onu müxtәlif mәclislәrә aparır, daş-qaş ba-
ğışlayır, haqqında tәrifli mәqalәlәr yazırdılar. Afanasi
Markoviçin taleyinin necә olacağını mamaça әvvәlcәdәn
deyib. Uşağın göbәyini kәsәndә deyib ki, Afanasi istedadlı
yazıçı olacaq vә nakam mәhәbbәtdәn ölәcәk. Markoviç şöhrәt
üçün әldәn-ayaqdan gedәn arvadının әvәzinә әsәrlәr yazıb vә
elә ondan da vәrәmә yoluxaraq, dünyasını dәyişib.

Roman Bey ağını çıxarmışdı – hәyasızcasına Allanın
üstünә yıxılır, siqar çәkә-çәkә pәncәrәdәn әtrafı seyr edәn
Faddey Şvaqulyakı vecinә almırdı. Qadın pәncәrәyә tәrәf
10 qısılsa da, Bey ayağını çәkmәdi. Beyin ayağı sanki onun
baldırına yapışmışdı. Alla hiss etdi ki, yanaqları pörtüb,
qәzәbini vә hәyәcanını gizlәtmәk üçün sakit sәslә soruşdu:

– Bәs Markoviç niyә ona bu cür lәqәb verib?
– Afanasi Markoviçin ulu babası – yәhudi Abraham –
1656-cı ildә xüsusi tapşırıqla Boqdan Xmelnitskinin yanına

1 Kirill‐Mefodi cəmiyyəti – 1845-ci ildə yaradılmış gizli siyasi təşkilat. Ukraynanı azad
etmək və slavyan xalqlarının konfederasiyasını yaratmaq məqsədi güdürdü.
   5   6   7   8   9   10   11   12   13   14   15