Page 6 - Danilenko
P. 6
avtobioqrafik sәciyyә daşıyır. Müәllifin bir çox hekayәlәrinin
kompozisiya özәlliyini mәhz tәhkiyәçinin avtobioqrafik
qәhrәman olması faktı tәşkil edir. Əslindә, Danilenkonun kiçik
hәcmli әsәrlәrinin çoxunu komik novella vә ya satirik hekayә
dә adlandırmaq olar. Bu әsәrlәrdә yersiz pafosa, teatr
effektlәrinә rast gәlmәk mümkün deyil – V.Danilenko әsәrlәrini
oxucuya bәyәndirmәk üçün dәridәn-qabıqdan çıxan sәnәt-
karlardan deyil. O, öz auditoriyasını formalaşdırmağı, oxu-
cuyla “adi” insanların içindәn seçdiyi personajlar vasitәsiylә
ünsiyyәt qurmağı bacaran istedadlı qәlәm sahibidir.

6
   1   2   3   4   5   6   7   8   9   10   11