Page 5 - Danilenko
P. 5
dimir Danilenkonun
poetik dünyası

Əsәrlәri Azәrbaycan oxucusuna ilk dәfә tәqdim olunan 5
Vladimir Danilenko çağdaş Ukrayna әdәbiyyatının tanınmış
simalarındandır.

1959-cu ildә Ukraynanın Jitomir vilayәtindә anadan
olmuş yazıçının yaradıcılığında insan vә cәmiyyәtin böhranı
ilә bağlı mövzular xüsusi yer tutur. Burada tarixi deko-
rasiyalar yalnız şәrti xarakter daşıyır. Ön planda olan – arzu-
lar vә reallıq, azadlıq vә asılılıq arasında daim seçim etmәk
mәcburiyyәtindә qalan, onun formalaşmasında vacib rol oy-
nayan İnsandır.

Kitabda tәqdim olunan “Tarnovskilәr malikanәsindәki
kölgәlәr” romanı sevgi qıtlığı, insan eqoizmi vә tәnhalığı ilә
üzlәşmiş müasir dünyada qadınla kişi arasındakı münasibәt-
lәrdәn bәhs edir. İlk baxışdan xoşbәxt görünәn cütlüyün
mәnәvi hәyatında dәrin boşluq hiss olunur, zәnginlik, tәminatlı
rahat hәyat tәrzi dә bu boşluğu doldura bilmir, buna görә dә
“özlәrini tapmaq” üçün müvafiq yollar aramağa başlayırlar...

V.Danilenkonun hekayәlәri (“Qulaqlar”, “Kiyevli oğlan”,
“Qürub çağının işığında”, “Göbәlәk çığırtısı”, “Zanbaqlar
arasındakı iz” vә s.) lakonikliyi, özünәmәxsus ifadә tәrzi ilә
seçilir; satira, yumor vә müәllif ironiyasının da yer aldığı yazı
texnikası vә tәhkiyә tәrzi onu müasir Ukrayna әdәbiyyatının
әn oxunan müәlliflәrindәn birinә çevirib. Yazıçının hekayә-
lәrindәki situasiyalar vә konfliktlәr son dәrәcә inandırıcı tәsir
bağışlayır, çünki onların, demәk olar, hamısı hәyatdan
götürülüb. Bu baxımdan, yazıçının әsәrlәri müәyyәn mәnada
   1   2   3   4   5   6   7   8   9   10