Page 960 - antologiya - poeziya_175x250_Layout 1
P. 960

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Belә de. – O güldü. – Әcәb şad xәbәrdir. Yeni il pis başlamır.
                        – Siz mәnim әzizim, gözümün işığısınız, bilmirәm, hansı sözlәri demәk
                    lazımdır, amma mәn heç kәsi belә sevmәmişәm. Bilirәm, sizә gülmәli gәlir,
                    axı biz heç bir-birimizi görmәmişik. Amma neylәmәk, bu belәdir ki, var.
                    Mәn sizsiz yaşaya bilmәrәm.
                        – Daha doğrusu, mәnim telefonumsuz, – dedi. – Bilirәm, bu sözlәr
                    havayı söhbәtdir, amma hәr halda onları eşitmәk xoşdur.
                        İlk dәfә idi ki, bizim söhbәtimizi qammalar müşayiәt etmirdi. Sәhәr
                    açılırdı. Mәn vaxtilә musiqi mәktәbindә oxuduğuma görә ağlıma belә bir
                    bәnzәtmә gәldi – hәyatın xromotik qamması – ağ vә qara pәrdәlәrin –
                    gündüzlәrin vә gecәlәrin, yaxşı, işıqlı günlәrin vә pis – qaranlıq günlәrin
                    ardıcıllığı...
                        – Mәn sizi haçan görәcәm axı? Amma siz düz deyirsiniz, görüşmәyәk.
              384   Bu mәhәbbәtin әn gözәl formasıdır, bir-birimizә telefon xәtlәriylә
                    bağlanmışıq. Gözәl әlaqәdir.
                        – Birtәrәfli әlaqәdir, – dedi, – o mәnada ki, mәnә zәng edә bilirsiz,
                    amma mәn sizә yox.
                        – Bәli, ona görә dә mәn sizi görmәliyәm. Ünvanınızı deyin bu saatca
                    gәlim ora.
                        – Xahiş edirәm sizdәn, dedi vә sәsindә ağrı duydum.
                        Xahiş edirәm, bu sevinci mәndәn almayın. Belә tәklifi mәnә çoxları
                    edir. Siz dә etsәz, sizinlә dә salam-kalamım kәsilәcәk, – susdu, sonra әlavә
                    etdi, – amma sizә mәn çox isnişmişәm. Siz ilk adamsınız ki, әrimin
                    ölümündәn sonra özümә yaxın, mәhrәm bilirәm.
                        Yanvarın ikisindә tәzә işimә gәldim. Bütün günü böyük bir materialı
                    redaktә etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütlәq
                    sәhәrә hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı –
                    işçilәrin familiyaları vә telefon nömrәlәri.
                        Mәn gözucu bu siyahıya nәzәr saldım vә birdәn diksindim – elә bil
                    tanımadığım adamlar içindә tanış bir sifәt görmüşdüm.
                        – Vәlizadә kimdir? – deyә xәbәr aldım.
                        – Bizim makinaçıdır. İndicә material verdiz e, ona... Nәdir ki?
                        Mәn pәncәrәdәn baxdım. Qonur gözlü makinaçı pillәkәnlәrlә aşağı
                    düşürdü. Dikdaban çәkmәlәri – tuk-tuk-tuk, – pillәkәndә sәslәnirdi vә mәn
                    bilirdim ki, onun çәkmәsinin nömrәsi otuz beşdir.
                        Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarәdә rastlaşdırmışdı, amma o
                    hәlә bu barәdә bir şey bilmirdi. İndi o, makinasında mәnim verdiyim böyük
                    materialı yazarkәn heç ağlına da gәtirmir ki, bu materialı ona mәn
   955   956   957   958   959   960   961   962   963   964   965