Page 963 - antologiya - poeziya_175x250_Layout 1
P. 963

Anar


                – Sağ ol, gecәn xeyrә qalsın, – dedim vә uşaq kimi sevindim ki, indi
            Mәdinә mәnimlә “sәn” deyә, onunla isә “siz” deyә danışır.
                Birdәn ağlıma gәldi ki, ilk dәfә özüm haqqında, özümün ikinci “Mәni”
            haqqında özgә bir şәxs kimi düşünürәm.
                – Mәnә elә gәlir ki, sәn bir balaca ondan kәsirsәn?
                – Nә bilirsәn? – deyә işvәylә cavab verdi, – bәlkә, o mәndәn bir balaca
            kәsir.
                Mәn hirslә dәstәyi asdım. Üç gün ona zәng elәmәdim.
                İşdә isә o gün hәvәslә mırt vururduq. İdarәnin köhnә işçilәrindәn biri
            mәnә yanaşdı:
                – Әbәs yerә özünü yorma, – dedi vә gülümsündü, hәlә heç kәs bizim
            bu balaca xanımın qәlbini fәth elәyә bilmәyib.
                Hәr üçümüz güldük, Mәdinә gedәndәn sonra müsahibim dedi:
                – Rahibә kimi bir şeydir. Heç kәs onun ürәyinә yol tapa bilmir. Vәfalı  387
            arvad imiş. Әri neçә il bundan qabaq hәlak olub.
                Öyrәndim ki, әri tәyyarәçi imiş, göydә hәlak olub.
                O gün işdәn gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mәdinә maki -
            nada nә isә yazır. Onun uzun nazik barmaqları vardı vә o, makinada yazanda
            adama elә gәlirdi ki, pianoda çalır.
                Gecә ona zәng elәdim.
                – Salam.
                – Salam. Demәli, sәnin özündәn çıxmağın da varmış. O gün niyә
            dәstәyi çırpdın? Sәnin açığına bu gün Seymur mәni evә ötürdü.
                – Necә? – deyә mәn tәәccüblә soruşdum vә tәәccübümün
            sәmimiyyәtinә inana bilәrsiniz.
                – Elә, işim çox idi. Gec çıxdım. O da mәni ötürdü. Çünki mәrifәtli
            adamdır.
                “Daha doğrusu, mәrifәtsiz, gicin biridir” – deyә düşündüm. “Kül
            ağlıma, elә gec qalmışdı, mәn dә vidalaşıb getdim, fikrimә gәlmәdi ki,
            ötürüm”.
                Ancaq mәn başqa şeyi dә anlamışdım. Başa düşmüşdüm ki, onu
            ötürmәk istәsәm, yox demәz, hәtta, bәlkә, ona xoş gәlәr. Bәlkә dә, acıqla
            deyirdi, telefonu çırpdığım üçün mәni – Rüstәmi hirslәndirmak üçün deyirdi. –
            Demәli, o mәnә – telefon tanışına da laqeyd, biganә deyildi. Ancaq bunu
            necә bilәsәn? Bunu bir vaxt bilә bilәcәyәmmi?
                Gümanlar, fәrziyyәlәr içindә çaşıb qalmışdım. Amma bircә şeyi dәqiq
            dәrk etmişdim vә odur ki, gәlәn sәfәr o işdәn gec çıxanda nә etmәk lazım
            olduğunu bilirdim.
   958   959   960   961   962   963   964   965   966   967   968