Page 962 - antologiya - poeziya_175x250_Layout 1
P. 962

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Mәn onunla çox mehriban, hәssaslıqla davranırdım vә çox
                    maraqlanırdım, görüm, o, bu dәyişikliyi duyurmu?
                        Bunu bilmәk üçün axşamı gözlәyirdim. Telefon saatını.


                        – Deyirdim dә sizә, ilk tәәssürat çox vaxt aldadıcı olur. Sәn demә belә
                    mehriban, belә hәssas adammış ki...
                        – İkinci tәәssürata da çox inanmayın. O da aldadıcı ola bilәr.
                        – Yox, yox, dünәn onun gözlәrinin içinә baxa bilmәmişdim. Bu gün
                    baxdım – “görәsәn, haçan baxıb ki, mәn sezmәmişәm”, – deyә düşündüm. –
                    Bilirsiz gözlәri nә tәmizdir, ağıllıdır.
                        – Qısqanıram sizi ha, – dedim.
                        Bu oyun belә başladı. Mәn artıq bu oyunun qaydalarını da bilirdim. O
                    isә hәr şeydәn bixәbәr idi.
              386       Artıq mәn heç bir şey edә bilmәzdim. Hadisәlәr mәnim nәzarәtimdәn,
                    ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın mәktub kimi.
                        Bu oyunun öz çәtinliklәri vardı. Gәrәk bütün sözlәrini, ifadә, düşüncә
                    tәrzini dәyişdirәydin. Telefonda bir adam olaydın, işdә başqa. Hәrәsinin dә
                    öz alәmi, öz davranışı, öz psixologiyası.
                        İşdә mәn tamam başqa adam idim. Xeyirxah, amma arada pәrdә
                    saxlayan, bir qәdәr özünü çәkәn.  Telefonla o mәnә mәnim barәmdә
                    danışırdı, hәr hәrәkәtimi, hәr addımımı, üzümün hәr ifadәsini tәhlil edirdi.
                        Çox vaxt söhbәti mәn özüm salırdım, amma axır vaxtlar hiss edirdim
                    ki, mәnim söz açmağıma heç ehtiyac qalmır. O özü hәvәslә Seymur
                    müәllimdәn danışır. Rüstәmlә uzun-uzadı telefon söhbәtlәri zamanı danışır.
                        Amma Seymurla heç vaxt Rüstәm barәsindә danışmırdı. Ümumiyyәtlә,
                    onun telefon hәyatı haqqında heç kәsin tәsәvvürü yox idi.
                        Mәn bilmirdim sevinim buna, ya kәdәrlәnim. Bәzәn mәnә elә gәlirdi
                    ki, onun bu barәdә heç kәslә danışmamasına sәbәb tam bir laqeydliyi,
                    biganәliyidir. Bәzәn dә әksinә düşünürdüm.
                        Düşünürdüm ki, o bunu әn titrәk, әn әziz, әn sirli bir hiss kimi gizlәdir,
                    heç kәsә açmaq istәmir. Qәribә şey idi – elә bil duyğularım qatmaqarışıq
                    düşmüşdü.
                         Tәsәvvür edin, Seymur kimi mәn onu telefon hәyatına qısqanırdım.
                    Gecә telefon söhbәtlәrindә isә mәni – Rüstәmi onun Seymur haqqında uzun-
                    uzadı söhbәtlәri әsәbilәşdirirdi.
                        Bir dәfә ona:
                        – Gәlin, – dedim, – bir-birimizә “sәn”, deyәk. Axı çoxdan tanışıq.
                        – Yaxşı, gәl, – deyә telefondan cavab eşitdim.
   957   958   959   960   961   962   963   964   965   966   967