Page 958 - antologiya - poeziya_175x250_Layout 1
P. 958

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    gәlmişdilәr. On ikiyә on dәqiqә qalmış masanın arxasına keçdik. Masanı
                    Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzәltmişdilәr.
                        Mәn hamıdan gec gәlmişdim, soyuq idi, qarlı-çovğunlu küçәdәn sonra
                    evin istisi, işığı adama daha xoş gәlirdi.
                        Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya
                    xoşbәxtlik, sәadәt arzuladıq vә Firuz dedi ki, bu il tarixi il olacaq – Seymur
                    evlәnәcәk. Biz bir qәdәh dә içdik vә Firuz mәni kәnara çәkdi.
                        O, axşamdan içmişdi, lap dәm idi vә qәdәhin böyründәn tutub, tәk bir
                    mәnim sağlığıma tost deyirdi. Özü dә ancaq mәnә deyirdi.
                        – İçirәm sәnin sağlığına. Hәmişә belә olasan. Mәrd, prinsipial, amma
                    bir az da ülfәtli, qılıqlı, rәftarlı. Hәyata açıq gözlә baxasan. Bilirәm,
                    ürәyindә mәnә gülürsәn, bәlkә dә, nifrәt edirsәn.
                        Elә bilirsәn ki, mәn dә bax bütün bunlardan – o par-par parıldayan tәzә
              382   mebelini göstәrdi, – ya da Sәmayәnin şubasından ötrü mәnliyimi satmışam.
                    Yox. Mәn heç bir vaxt vicdanımın әleyhinә getmәrәm, heç vәdә elә söz
                    demәrәm ki, vicdanım onu qәbul elәmәsin. Buna әmin ola bilәrsәn. Amma... –
                    o, pauza verdi, – amma gәrәk adamın ağlı başında olsun. Xoruz kimi
                    atılmasın hәr dәqiqә ortalığa.
                        Elә yer var gәrәk çәkilәsәn, güzәştә gedәsәn, elә yer dә var ki, gәrәk
                    qabarasan, sözünün üstündә möhkәm dayanasan. Bәzi xırda işlәrdә güzәştә
                    getmәk lazımdır ki, böyük işlәrdә getmәyәsәn.
                        – Bәlkә dә, sәn haqlısan. Amma mәnimçün bu haqq-hesab çox qәliz
                    mәsәlәdir, burda geri çәkil, orda irәli çıx, mәn belә idmandan baş çıxara
                    bilmirәm.
                        O, әlini yellәdi:
                        – Ay-hay. Yaxşı, gәl içәk. Yeni ildәn harda işlәyәcәksәn?
                        – Qәzetdә, – dedim. – Dünәndәn әmrim verilib.
                        – Özün bilәn yaxşıdır, amma mәndәn soruşsan nahaq getdin.
                        O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim ra-
                    dionun son mahnılarından biri idi. Birdәn mәnim yadıma qammalar sonra
                    isә radio düşdü.
                        – Tost demәk istәyirәm, – dedim.
                        Hamı tәәccüblә mәnә baxdı, bilirdilәr ki, mәn heç vaxt tost-zad deyәn
                    deyilәm.
                        – Bax, biz hamımız burdayıq, bir yerdә, kefimiz dә sazdır. Gәlin, amma
                    fikirlәşәk görәk, bu axşam tәk qalanlar neylәyir? Mәsәlәn, növbәtçilәr, yol
                    baxıcıları.
                        – Kim, kim? – deyә ordan-burdan sәslәndilәr.
   953   954   955   956   957   958   959   960   961   962   963