Page 954 - antologiya - poeziya_175x250_Layout 1
P. 954

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    inandıra bilmәyәcәksәn. Bir az rәftarın olsun, qılığın olsun. Görürsәn ki,
                    biri düz danışmır. Denәn ona ki, siz, görünür, mәsәlәyә hәrtәrәfli nәzәr
                    salmamısınız, mәnә elә gәlir ki, bu mәsәlәyә bir dә baxsanız, mәnimlә
                    razılaşarsınız.
                        Yoxsa sәnin kimi: siz heç bir şey qanmırsınız, nadan sınız, cahilsiniz.
                    Ona görә dә...
                        – Ona görә dә, – dedim, – sәnin bu siyasәtçiliyin lap mәni boğaza
                    yığıb.
                        – Yaxşı, görürәm ki, sәninlә adam kimi danışmaq olmaz. Gedәk bizә
                    çay içmәyә... Firuzun arvadı:
                        – Bilirsәn, – deyirdi, – heç birimiz onu öyrәtmәmişik. Bil mirәm heç
                    bu sözlәri hardan bilir, özü tapıb deyir: anna, atta.
                        O bir yaşı tәzә tamam olmuş oğullarından danışırdı. Firuz o biri otaqda
                    ev paltarlarını, mәstlәrini geyinib gәldi.
              378       – Doğrudan, – dedi, – qәribәdir. Bilirsәn, mәn tәzә bir nәzәriyyә icad
                    elәmişәm. Mәnә elә gәlir ki, dili uşaqlar yaradıblar. Böyüklәr yox, mәhz
                    uşaqlar. Biz – böyüklәr dә onların düzәltdiyi sözlәrdәn istifadә edirik.
                        Seymur әmisi, de görüm, harda belә şirin bala görmü sәn, kimin belә
                    oğlu var, hә?..
                        Nә qәdәr elәyirdim telefon nömrәsini yada sala bilmirdim. İkinci yarısı
                    yadımda idi, әvvәlindәki iki rәqәmi dә yadımda idi, üçüncü rәqәm sıfır idi,
                    bәs ikinci – yadıma sala bilmirdim ki, bilmirdim.
                        – Bura bax, Sәmayә, o axşam sәn hansı rәqәmi dedin?
                        – Hansı axşam? Nә rәqәm?
                        İzah etmәli oldum. Bir yığın zarafata, gülüşә, fәrziy yәyә, mәslәhәtә
                    qulaq asmalı oldum. Әlә saldılar, doladılar, başıma ağıl qoydular. Amma
                    hamısı bir yana – qapıdan çıxanda Sәmayә dedi:
                        – Hә, yadıma düşdü: doqquz. Mәnim trolleybusumun nömrәsidir.
                        – Allo. Salam. Mәnәm.
                        – Salam. Kimdir?
                        – Nә tez unutdunuz. Yadınızda, mәn sizә zәng elәmişdim? Üç gün bun-
                    dan qabaq. Elә bu vaxtlar idi.
                        – Onda sәsiniz başqa idi, – dedi vә istehzayla әlavә etdi, – ya bәlkә,
                    bu sәfәr danışan başqa adamdır. Keçәn sәfәr evlәnәnin başqa dostu
                    tәklikdәn şikayәt edir. Mәşğulәtçin telefon macәralarına qurşanmısız.
                        O, sәrt vә kәskin danışmağı bacarırdı.
                        – And olsun ki, mәnәm. Yәqin, keçәn sәfәr sәsim sәrxoş sәsi idi,
                    onunçun tanımadız. İndi necә, tanıyır sınızmı?
                        – Hә, indi tanıdım. Mәnә elә gәldi ki, başqa adamdır, bağışlayın, – o,
                    arxayınlıqla güldü. – Demәli, bu gün ayıqsınız.
   949   950   951   952   953   954   955   956   957   958   959