Page 950 - antologiya - poeziya_175x250_Layout 1
P. 950

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                        Mәn, sәn, o vә telefon


                                                                         Telefon nömrәlәri
                                                                       oxşamaz bir-birinә
                                                                         amma hamısında
                                                                              insan sәsi...
                                                                              ...pis günlәr
                                                                       oxşamaz bir-birinә
                                                                    birindә özün susarsan,
                                                                           birindә telefon.

                                                                            Vaqif Vәkilov
              374


                                ünәn sәnin telefonun öldü. Ölәn yalnız adamlar olmur ki...
                                Telefon nömrәlәri dә ölür. Ömrün boyu çox rәqәmlәri unuda-
                        Dcaqsan: pasportunun nömrәsini, axırıcı işindә aldığın maaşını,
                    dostunun avtomobilinin nömrәsini, aya qәdәr olan mәsafәni, yaşadığın
                    şәhәrin әhalisinin sayını.
                        Başqa rәqәmlәri. Hamısını unudacaqsan.
                        Bircә bu beş rәqәmdәn savayı. Bu beş rәqәm, özü dә mәhz bu
                    ardıcıllıqda sәninçün әn әziz hәdiyyә idi. Beş rәqәm, onun sәsi vә telefon
                    dәstәyindәn gәlәn bәnövşә әtri.
                        Bәzәn mәn qara telefonun dәstәyini elә qaldırırdım, elә bil royalın
                    qapağını qaldırıram. Bәzәn bu qara dәstәyi elә qoyurdum, elә bil tabutun
                    qapağını örtürәm.
                        İndi bu nömrә yoxdur.  Yәni ki, var, amma mәnimçün yoxdur.
                    Mәnimçün bu nömrә indi yasaq әrazidir.
                        Barmağımın altında, telefon dairәsindә yerlәşәn bu beş rәqәm indi
                    mәnim üçün keçilmәz bir mәsafәdir – kilometrdir, millәr, parseqlәr.
                        Mәn bu mәsafәnin beşdә dördünü keçә bilәrәm – dörd rә qәmi yığa
                    bilәrәm, amma heç vәdә son rәqәmi – beşincini yığma yacağam. Sәnin
                    nömrәn bağlı qapıdır – açarını itirmişәm.
                        Sәni görmәyә dә bilәrdim. Zәng edirdim, sәsini eşidir vә deyirdim:
                    әzizim, әlin niyә belә soyuqdur?
                        Sәni görmәyә dә bilәrdim, amma mәsafәdәn belә duyurdum. Sahil
                    kәndlәrinin sakinlәri dәnizi görmәyәndә belә onu duyduqları kimi.
                        İndi isә dәniz qeyb oldu. Yoxa çıxdı.
   945   946   947   948   949   950   951   952   953   954   955