Page 949 - antologiya - poeziya_175x250_Layout 1
P. 949
Anar
Anar
(1938)
373
Xalq yazıçısı, kinodramaturq, tәrcümәçi. Azәrbaycan
Yazıçılar Birliyinin sәdri. Әmәkdar incәsәnәt xadimi, Azәr -
bay can Dövlәt mükafatı laureatı. “Şöhrәt” vә “İstiqlal” or -
den lәri ilә tәltif edilib, bir sıra beynәlxalq mükafatlara layiq
görülüb. “Ömür yolu”, “Әlaqә”, “Vahimә”, “Yaxşı padşahın
nağılı”, “Otel otağı”, “Qırmızı limuzin”, “Gürcü famili yası”,
“Dantenin yubileyi”, “Mәn, sәn, o vә telefon”, “Ötәn ilin son
gecәsi”, “Şәhәrin yay günlәri” kimi iyirmidәn artıq nәsr
kitabının müәllifidir. Roman, povest vә hekayәlәri әksәr
dünya xalqlarının dilinә tәrcümә olunub. Әsәrlәrinin
motivlәri vә ssenarilәri әsasında “Torpaq. Dәniz. Od. Sәma”,
“Dantenin yubileyi”, “Qәm pәncәrәsi”, “Evlәri köndәlәn
yar”, “İmtahan”, “Әlaqә”, “Tilsim”, “Mәn, sәn, o vә tele-
fon”, “Tәhminә”, “Otel otağı”, “Bu, Sәttar Bәhlulzadәdir”,
“Bu, Mircavaddır”, “Cavid ömrü”, “Sübhün sәfiri”, “Hәr
axşam saat 11-dә” vә s. kimi bәdii vә sәnәdli filmlәr çәkilib.
V.Şekspir, L.Tolstoy, A.Çexov, C.Coys, F.Kafka, M.Prust,
A.Kamyu vә digәr yazıçıların әsәrlәrindәn nümunәlәri
dilimizә çevirib.