Page 947 - antologiya - poeziya_175x250_Layout 1
P. 947

Sabir Azÿri


            lük duydu – cәnazә yuxarı qalxdı. Geri çevrilәndә gördü ki, arxasındakı
            hündürboylu, Alışdır. Tutuldu, lakin bu, bir an çәkdi, hәtta sevindi ki, ona
            ağır söz demәdi. Alış da bundan ürәklәnib qәbrin torpaqlanmasında hamıdan
            çox әllәşdi, qan-tәrә batmışdı, amma beli heç kәsә vermirdi, ürәyindә “halal
            xoşun olsun, Hәsәn baba,  – dedi  – mәni bağışla.”
                ...Öz vәsiyyәtinә görә Vicdan Hәsәni ata-anasının yanında basdırdılar.
            Artıq onun üstündә torpaqdan, ağzıüstә çevrilmiş qayığa oxşayan tәpә
            yaranmışdı. Molla Vәli son duasını oxuyurdu. Hamı sakit idi, kimin isә lap
            astadan dediyi sözlәr eşidilirdi:
                – Kәndin Vicdanı öldü.
                – Ölmәdi, öldürdülәr.
                – İndәn belә bizim axırımız necә olacaq? Hәr şeyin itdiyi, haqqın
            ayaqlar altına atıldığı bir zamanda doğruyla-yalanı, mәrdliklә-namәrdliyi
            bir-birindәn kim seçәcәk?                                              371
                İkinci adamın dinmәmәsi qәbrin әtrafındakı adamları Vicdan Hәsәnin
            ölümündәn betәr üzdü, qorxutdu.
                Qәribәydi ki, bu zaman nazik, titrәyişli bir sәs eşidildi:
                – Vicdan hәmişәlik ölә bilmәz. Heç vaxt ölә bilmәz, o, yenә dirilәcәk!
                Hamı bu sәsә tәrәf çevrilәndә mat qaldılar – bu, Vicdan Hәsәnin nәvәsi
            Kamran idi. Hamı da sevinirdi ki, nә yaxşı kimsә, uşaq da olsa, bu sözü
            dedi. Hәm dә elә inamla dedi ki, hamı sakitlәşib qәbiristanlığı tәrk etdi.
                Alışla atası da onların arasındaydı.

                                            * * *


                Kamran tezdәn durub yasәmәnin dibini qazırdı. Alışın oğlu Rәhman
            da oyanmışdı vә çәkinә-çәkinә Kamrana yaxınlaşdı:
                – Niyә qazırsan dibini?
                – Çıxaracam.
                – Çıxaracaqsan? Niyә ki?
                – Ürәyim belә istәyir. Bundan sonra rahat olarsınız.
                – Çıxarma, Kamran. Qoy qalsın.
                – Yasәmәnin kökü, saçaqları göründü. Kamran onu torbaya qoyub
            dalına atdı.
                – Hara aparırsan?
                – Aparıb babamın qәbrinin yanında basdıracam.
                Rәhman da beli götürdü. Kamran bozardı:
                – Mәnә ver.
   942   943   944   945   946   947   948   949   950   951   952