Page 942 - antologiya - poeziya_175x250_Layout 1
P. 942

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    dakı qurumuş qanı gö rәn dә diksindi. – Buna noolub? Yenә yıxılıb? – Arvadı
                    әhva latı danışdı. – Nәәә? Yәni Alış belә qudurub ki, mәnim uş ağı ma әl qal -
                    dı rır? Bu dәqiqә gedib onun başını it başı kimi әzәcәm!
                        Teymur da atası kimi sakit adam idi, amma qızanda üzünü görmә -
                    yәsәn! Arvadı qorxuya düşdü, әhvalatı әrinә danışdığına peşiman oldu:
                        – Teymur, qurbanın olum, sәn dә bir yandan mәrәkә qopartma, qon -
                    şuluqda ayıbdır.
                        – Bunu o biqeyrәt dә başa düşmәliydi, uşağa әl qaldırmamalıydı.
                        – Teymur, uşaqlar dalaşar da, barışar da...
                        – Bunu o binamus da anlamalıdır!
                        Teymur yerindәn necә atıldısa, arvadı әl atıb qolundan tutmağa macal
                    da tapmadı.
                        Teymur qonşu hәyәtdә bar-bar bağırırdı:
              366       – Alış! Çölә çıx, Alış! – Alışın әvәzinә anasıyla atası çıxdı. – Hanı o
                    biqeyrәt oğlunuz? Belә qudurub ki, mәnim uşağımı vurur, arvadımı
                    hәdәlәyir! Deyin, çölә çıxsın, mә nim cavabımı versin!
                        – Teymur, dәrdin ürәyimә, bir iş idi oldu, keçdi. Alış da çöldә kiminlәsә
                    ağızlaşıbmış, qanı bәrk qara gәlmişdi.
                        Alışın atası da ortaya girdi.
                        – Bala, neçә ilin qonşusuyuq, lәnәt şeytana deyin.
                        – Bunu o yaramaz oğluna başa salaydın.
                        – Onun dәrsini vermişәm.
                        – Qoy çıxsın, danışaq.
                        – Evdә yoxdu, dәrdin ürәyimә, atası itin sözünü dedi, xәcalәtindәn baş
                    götürüb harasa әkildi.
                        – Bәxti kәsdi ki, evdә olmadı.
                        Alış içәridәydi vә bu sözlәrin hamısını eşidirdi, Teymurun tәrsliyini,
                    qızanda gözü heç nәyi vә heç kәsi görmәdiyini o da yaxşı bilirdi.
                        Bu söz-söhbәti axşam Vicdan Hәsәn dә bildi. Lakin heç nә demәdi,
                    özü kәsdiyi tәnbәkidәn – hökumәt siqaretlәri onun yanğısını söndürmür,
                    doyurmurdu – bir üzün eşmә düzәldib axıracan sümürdü.Yalnız bundan
                    sonra başını qaldırıb arvad-uşağın üzünә baxdı vә heç kәsin gözlәmәdiyi
                    bir sual verdi:
                        – Evimizi satıb başqa kәndә, ya da şәhәrә köçmәk istәyirsiniz? Oğlum,
                    ilk cavabı sәndәn eşitmәk istәyirәm.
                        – Dәdә, evimizi niyә satırıq? Bura bizim dәdә-baba yurdumuzdur,
                    burda onların ruhu var.
                        – Onda qonşularla yola getmәliyik.
   937   938   939   940   941   942   943   944   945   946   947