Page 940 - antologiya - poeziya_175x250_Layout 1
P. 940

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                         Yasәmәn әtirli qәbir

                                ava qasırğa kimi başladı. Әәvvәlcә heç kimin ağlına gәlmәzdi
                                ki, bu, doğrudan da, qasırğaya çevrilәcәk, fәlakәt törәdәcәk,
                        Dçünki zәif bir dal  ğa idi: iki qonşu uşağın arasında baş vermişdi,
                    daha doğ ru su, onlar tәrәfindәn yaradılmışdı. Sağ tәrәfdәki qonşunun uşağı
                    Rәhmanın sәsi hәyәtlәrin ikisini dә başına götür müşdü:
                        – Anaaa! Babaaa, yasәmәnimiz çiçәklәyib! Gәlin, baxın, görün nә
                    boyda gül açıb!
                        Rәhmanın anası da, babası da çölә çıxdılar vә onun yanına gәlәndә
                    heyrәtlәrindәn dondular – soldakı qonşunun uşağı Kamran nazik, az qala
                    tamam qurumuş görsәnәn yasәmәn çubuğunu iki araya basdıranda inan -
                    mırdılar ki, o bitәcәk. Düzdür, әvvәlcә Rәhmanın atası deyinmişdi ki, o niyә
              364
                    ağacı bizim evin arxasına basdırır? Rәhmanın nәnәsi acıqlanmışdı ki, a bala,
                    әvvәla, ora boş, istifadәsiz yerdir, o biri yandan da iki arada basdırır; hәm
                    dә nә pis iş görür ki, yasәmәndir, әtri onlara da yayılacaq, bizә dә!
                        Bununla da ara sakitlәşmişdi. Amma Rәhmanın atası ürәyindә başqa
                    şey fikirlәşmişdi; “qoy basdırsın, böyüyüb әrsәyә gәtirsin, sonrasına baxa -
                    rıq.”
                        – Maşallah! Maşallah! Kim inanardı ki, bu çәlimsiz pöhrә әmәlә gәlә -
                    cәk, üstәlik, birinci ilindә çiçәklәyәcәk! Kamrana halal olsun, bax, әziyyәt
                    çәkmәk belә şeydir, adamın zәhmәtini yerә vurmur.
                        Rәhman kükrәdi:
                        –  Yox, baba, bu yasәmәn bizim evin arxasındadır, demәli, mәnimdir.
                        Sәsә-küyә yuxudan oyanıb çölә çıxan Kamran da coşdu:
                        – Yox, yasәmәn mәnimdir.
                        – Mәnimdir! – Rәhman ona qıcandı.
                        – Onu sәn әkmisәn? Bu neçә ayda sәn sulamısan? Dibini sәn
                    boşaltmısan? Otunu-alafını sәn tәmizlәmisәn? Heyvanlar ayaqlamasın,
                    yemәsin deyә әtrafına mәftildәn hasarı sәn çәkmisәn, yoxsa mәn?
                        Rәhman bu sözlәrin qabağında bir anlığa susdu, çünki Kamran
                    haqlıydı, doğrudan da, yasәmәni әkәn dә, әrsәyә gәtirәn dә o idi... Bu arada
                    Rәhmanın atası da peyda oldu vә oğlunu doluxsunmuş görәndә kükrәdi:
                        – Noolub? Nә mәrәkәdir qoparmısınız? Uşaq niyә ağlayır?
                        Rәhman hıçqırdı:
                        – Ata, yasәmәnimiz çiçәklәyib, Kamran deyir mәnimdir.
                        – Kamran qәlәt eliyir.
                        – Qәlәti Rәhman eliyir, onu mәn... – Kamran sözünü bitirә bilmәdi,
   935   936   937   938   939   940   941   942   943   944   945