Page 941 - antologiya - poeziya_175x250_Layout 1
P. 941

Sabir Azÿri


            çünki Rәhmanın atası onu necә itәlәdisә, uşaq arxası üstә sәrildi, amma tez
            dә qalxdı, onun yaxasından yapışıb dartışdırdı. – Yasәmәn mәnimdir! Mә -
            nim dir! – Onun hıçqırığına anası da bayıra çıxdı. Anasını görәndә Kamran
            Rәh manın atasının yaxasını bir az da bәrk dartışdırdı vә köynәyinin alt
            düymәlәrini qopartdı. Rәhmanın atası Kamranı әllәrini yaxasından qoparıb
            itәlәdi. Kamran tәzәdәn yerә sәrildi vә dodaqları yarıldı. Uşağının ağzını
            qanlı görәn ana irәli şığıdı:
                – Biqeyrәt! Uşağa әl qaldırırsan? Onu tәk görmüsünüz?  Vicdan
            Hәsәnin nәvәsinә әl qaldırırsınız? Vallah, qadınlığımla sizin hamınızı bal-
            talayaram! Dayan, saqqallı biqeyrәt, qoy onun atası, babası gәlsin, görüm
            onlara nә cavab verәcәksiniz!
                – Atası da gәlsin, babası Hәsәn dә, onun babası da! Mәnim heç kәsdәn
            qorxum yoxdur! Mәnә dә ermәni başı kәsәn Alış deyәrlәr!
                – Sәn ermәni başı kәsәn yox, meyit alverçisi olubsan! Binamus,     365
            biqeyrәt olubsan! Bizimkilәrin meyitini ermәnilәrdәn alıb özümüzünkülәrә
            satıbsan, onalarınkını o tәrәfә.
                – A bala, heç nәdәn araya dava salmayın, neçә ilin qonşusuyuq! Alış,
            sәn dә uşaq davasına qoşulma!
                – Dәdә, bu, uşaq davası deyil, prinsip mәsәlәsidir. Oğlum böyüyür,
            büyün-sabah evlәnәcәk. Bәlkә, ona burda ev tikdirdim, onda onsuz da bu
            ağacı kәsdirәsi olacam.
                – Mәnim yasәmәnimi heç kim kәsdirә bilmәz!
                – Mәn kәsdirim, siz dә baxın.
                – Baxarıq! – Kamran ona yumruğunu göstәrdi.
                – Kәs sәsini, küçük!
                – Küçük sәnin oğlundur! – Kamranın anası qapıdakı baltanı götürәndә
            Alışın anası qışqırıb oğlunu içәri apardı. Alış dartınıb elәmәdi...

                                            ***
                Kamranın atası Teymur işdәn yorğun-arğın gәlmişdi, bәrk ac olsa da,
            çörәyini dә könülsüz yeyirdi, arvadı bayaqdan nә isә ötürdü, amma Teymur
            eşitmirdi, onun beynindәn bircә fikir keçirdi – yemәyini tez bitirib, çayını
            içib yerinә girib yatsın, bütün günü daşıdığı daşın, palçığın ağrısı canından
            çıxsın. Bina qalxdıqca fәhlәlәrin әzabı daha da artacaq.
                Çayı içәndәn sonra arvadı, yenә nәsә deyәndә Teymurun hövsәlәsi
            tamam daraldı.
                – Bayaqdan ağcaqanad kimi qulağımın dibindә nә ötürsәn, aydın danış
            görüm. – Arvadı oğlunun qolundan tu tub gәtirdi. Teymur oğlunun dodağın -
   936   937   938   939   940   941   942   943   944   945   946