Page 938 - antologiya - poeziya_175x250_Layout 1
P. 938

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Hәrdәn fikirlәşmişdi: “Mәnim meşәdә bu marallardan başqa, nәyim
                    var, kimim var? Bir Zinyәtdi, o da ki elә. Buradan getsәm, heç bir işin qul -
                    pundan yapışa bilmәrәm”.
                        ...Zinyәt daxmanı yığışdırmağa başladı. Aşağı әyildi. Nәyi isә götür -
                    mәk istәdi. Zәkәriyyәnin iri vә ağır әli onun kürәyinә qondu.
                        – Özünә әziyyәt vermә, sabah yenә dә bu günә düşәcәk.
                        – Keçi keçidi, dırnağı ilә tәmizlәmәdiyi yerdә yatmaz.
                        – Bәsdi sәn Allah, bundan o yana sәliqә öyrәnmәyәcәyәm, – o, çırağın
                    işığını azaltdı. – Bәri gәl.
                        – Dәrdim qurtarmışdı. Taxt cırıldadı.
                        – Zәki, muştuluğumu ver!
                        – Nә olub? Muştuluğun mәnim gözüm üstә!
                        – Vaxtdan çox keçib...
              362       Zinyәt cavanlığında at sürmәyin, özünü kişi kimi aparmağın әzabını
                    indi çәkirdi.
                        Zәkәriyyә Zinyәti neçә dәfә şәhәrә aparmışdı. Әvvәllәr qadın hәkim -
                    lәrinin kişi olduğunu görәndә dәrdini danışmamış, geri qayıtmışdı. Qadın
                    hәkim axtarmışdı. Ürәyindә deyinmişdi ki, bu, nә qaravәllidi, qadına da kişi
                    hәkim baxarmı? Qadınlara göstәrmişdi. Hәrәsi bir nüsxә yazmışdı, әlac
                    olmamışdı.
                        Bu axşam isә ümidi itәn gündәn iki aya yaxın vaxt keçmişdi.
                        Ata minib özünü Zәkәriyyәyә yetirmişdi.
                        Yoğun vә güclü qollar Zinyәtin belinә kәmәr kimi qurşandı:
                         – Sәnin muştuluğun mәnim gözlәrim üstә, Hümmәtin nәvәsi!
                        Zinyәtin ona övlad verәcәyini düşünәndәn sonra Zәkәriyyәnin qolları
                    boşaldı, mülayimlәşәn, gözәllәşәn, ipәyә dönәn qadını oxşamağa başladı.
                        Durub çırağın piltәsini qaldırdı.
                        – Zinyәt, sәndәn bir kobud, çirkin, amma sümüklü oğlan istәyirәm!
   933   934   935   936   937   938   939   940   941   942   943