Page 944 - antologiya - poeziya_175x250_Layout 1
P. 944

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    doymaq bilmirdi.
                        Alış ürәyindә Teymuru söyürdü, çünki o da hәyәtә çıxmaq istәyirdi,
                    lakin Teymurla üz-üzә gәlmәkdәn ehtiyat edirdi, “it oğlu it, – deyirdi – elә
                    bil aclıqdan çıxıbdır, keç xarabana, nә qәdәr tıxırsan, tıx!” Әslindә Alışın
                    da ürәyindәn isti xamralı ilә pendir keçirdi. Axırda dözmәyib o da bir fәtiri
                    peçin üstündә isidib pendir dürmәyi düzәltdi vә iştahla yedi.

                                                     ***
                        Kamran axşam çoxlu turşu yediyindәn o ki var su içmişdi, gecә neçә
                    dәfә ayılıb bayıra çıxmışdı. İndi dә bәrk darıxdığından özünü hәyәtә zorla
                    çatdırdı. Rahatlanandan sonra dala qayıdanda gözü yasәmәn ağacına sataşdı.
                    Sәhәrin alatoranında ağac bir az da balaca görünürdü. Havanı ha qoxuladısa
                    yasәmәn әtri hiss etmәdi. Bu nәdir, özgә vaxtı yasәmәn әtri onu dәrhal, hәm
              368   dә uzaqdan vururdu. Xüsusәn dә sәhәrlәr bu әtir daha güclü olurdu.
                    Kamranın gözündәn yuxu tökülsә dә özünü saxlaya bilmәyib getdi,
                    gördüyünә inanmayıb ağacı başdan-ayağa, dönә-dönә әli ilә yoxladı vә
                    axtardığını tapmayanda var gücüylә bağırdı: – Ataaa!
                        Teymur da, anası da, hәtta kiçik qızı da sәksәnib çölә yüyürdülәr vә
                    Kamranı yasәmәni qucaqlayıb hıçqıran görәndә qorxuya düşdülәr. Üçü dә
                    birdәn soruşdu:
                        – Noolub, niyә ağlayırsan?
                        Kamran bir az da bәrk hönkürdü.
                        – Görmürsünüz?
                        – Nәyi? Ağac ki yerindәdi, daha niyә ağlayırsan?
                        – Görmürsünüz, bircә salxım gülü vardı, onu da qoparıblar!
                        – Necә yәni qoparıblar? Kim qoparıb? Niyә qoparıb?
                        – Ana, mәn hardan bilim. Qoparıblar, namәrdlәr. – Elә bil Kamranın
                    әziz bir adamını öldürmüşdülәr, zarıyırdı.
                        – Bәlkә, heyvan-zad yeyib.
                        – Ata, görmürsәn, salxımı dibdәn bıçaqla kәsiblәr.
                        – Köpәyuşağı.
                        – Ağzını tәmiz saxla, Teymur!
                        – Teymur Alışa qanlı-qanlı baxdı.
                        – Demәli, sәnin işindi. Demәli, uşağın yasәmәnini...
                        – Bu yasәmәn tәkcә sizin uşağın deyil ki...
                        – Onu Kamran әkib.
                        – Amma bizim evin arxasında әkib, demәli, hәm dә bizimdir.
                        – Alış, deyәsәn, ölümün gәlib.
   939   940   941   942   943   944   945   946   947   948   949